vaxtlı-vaxtında oxuyun! Cümə, 17 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
GÜNDƏM  
18:19 | 13 noyabr 2022 | Bazar Məqaləyə 486 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Virtual “şöhrət” azarının fəsadları

Tarixi prioritetlərdən bixəbərlər daha çox danışmağa cəhd edir

Xəqani SƏFƏROĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir neçə yerdə Naxçıvanın muxtariyyətinin ləğv edilməsi ilə bağlı xəbərlər yayılıb. Hiss olunur ki, bu məsələdə primitiv bilgiləri olan və tarixi prioritetlərdən bixəbərlər daha çox danışmağa cəhd edir.

Naxçıvanın muxtariyyəti 1921-ci il RSFR-Türkiyə arasında imzalanmış Moskva müqaviləsi ilə təsdiqlənib. Daha sonra həmin ilin oktyabrında imzalanmış Qars müqaviləsi ilə möhkəmləndirilib. 

Bu sənədlərə əsasən Azərbaycan, Ermənistan və Gürcüstanın sərhədləri müəyyən olunub. Qars Müqaviləsini bu 3 respublika da imzalayıb.

Moskva Müqaviləsi Osmanlı sultanının imzaladığı rüsvayçı Sevr müqaviləsini qüvvədən salıb və yeni Türkiyə Respublikasını tarixin səhnəsinə çıxarıb.

Naxçıvanın muxtariyyətinin ləğvi Moskva Müqaviləsinin qüvvədən düşməsi, Sevr müqaviləsinin “dirlməsidir”.

Bundan başqa SSRİ dağılarkən -1991-ci ildə imzalanmış Alma-Ata Bəyannaməsi məhz Moskva Müqaviləsinə istinad edərək Cənubi Qafqazdakı sovet respublikalarının sərhədlərini tanıyıb.

Yəni, “gəlin Naxçıvanda muxtar quruluşu ləğv edək” çağırışları sadəcə “obıvatel”ə hesablanmış və virtual “şöhrət” azarından irəli gələ bilər.

İndi dünyada geopolitik savaşın əsas prioritetləri isə ərazi davaları deyil, nəqliyyat qovşaqları və informasiya texnologiyaları üzərində hakimlik savaşıdır.