vaxtlı-vaxtında oxuyun! Cümə, 17 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNDƏM  
11:14 | 7 aprel 2014 | Bazar ertəsi Məqaləyə 2297 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Gülənin ekstradisiyası ilə bağlı açıqlama

Səfir: «ABŞ-ı özü üçün iqamətgah seçən heç bir türk vətəndaşının hüquqlarına müdaxilə etməyəcəyik»

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın Türkiyədəki səfiri Francis J. Ricciardone Gülən camaatının lideri Fəthullah Gülənin Türkiyəyə qaytarılacağı xəbərləri ilə bağlı açıqlama verib.

ANS PRESS-in məlumatına görə, Ankaradakı səfir Francis J. Ricciardone ABŞ- ı özü üçün iqamətgah seçən hər bir türk vətəndaşının hüquqlarına müdaxilə etməyəcəklərini söyləyib. Onun sözlərinə görə, ABŞ məsələ ilə əlaqədar olaraq Türkiyə hökumətinin bütün qərarlarına hörmətlə yanaşır və onların daxili işlərinə müdaxilə edə bilməz: «Bu məsələni Türkiyə hökuməti gündəmə gətirdi. Qanuni formada edilən bütün müraciətlərə ciddi şəkildə cavab verəcəyik».

Ankaradakı ABŞ səfiri Francis J. Ricciardone ölkəsi ilə Fəthullah Gülən arasında olan münasibətlərə də aydınlıq gətirib. 

O, qeyd edib ki, ABŞ-ın Fəthullah Gülənlə heç bir münasibəti yoxdur: «Bizim dövlətlərlə yalnız rəsmi əlaqələrimiz var», - deyə səfir sözlərinə əlavə edib.