vaxtlı-vaxtında oxuyun! Cümə, 17 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
17:27 | 21 may 2014 | Çərşənbə Məqaləyə 2318 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ərdoğanın təyyarəsinə Gülən təhlükəsi

Yeni yayılan siyahıdan məlum olur ki, bəzi gülənçilər ora yoxlamasız girə bilərmiş

MÖVZU İLƏ ƏLAQƏLİ

Fəthullah Gülənə məxsus olduğu iddia edilən «paralel hökumət» adlı qruplaşma üzvlərinin yeni siyahısı meydana çıxıb. ANS PRESS-in istinadən məlumatına görə, gülənçilərin yeni siyahısında Türkiyə Sabiha Gökçən Havalimanı İdarə Heyəti üzvlərinin adı qeyd olunub.

Siyahıda 57 nəfərin adı yazılıb. Gülənçilərin siyahısında 2 xanım polisin adının yer aldığı üzə çıxıb. Gülənçi qadın polislərin adlarının yanında «Camaatın bacısı» ifadəsi qeyd olunub.

Hava limanındakı «paralel hökumət» üzvlərinin siyahısında S.Y adlı bir şəxsin adı da qeyd olunub. Həmin şəxsin adının yanında isə «Hava limanının imamı» ifadəsi yazılıb.

Siyahıda adları qeyd olunan şəxslərin əksəriyyətinin Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın təyyarəsinə daxil ola bilmək üçün xüsusi vəzifələrinin olduğu bildirilir.

Siyahıdakı adlarla bağlı polis tərəfindən araşdırma aparılır. 17 dekabr korrupsiya və rüşvətxorluq qalmaqalından sonra siyahıda adları qeyd olunan şəxslərin əksəriyyətinin ölkənin şərq hissəsinə ezam edildikləri də yayılan məlumatlar sırasında yer alıb.