vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
QARABAĞ  
10:00 | 3 avqust 2014 | Bazar Məqaləyə 3636 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənilər Əsgəranda daha bir həmlə haqda məlumat yaydı

Müdafiə Nazirliyimiz isə hələlik bir söz demir

MÖVZU İLƏ ƏLAQƏLİ

Cəbhənin Ağdam-Tərtər istiqamətində bu gecə də şiddətli döyüşlərin yaşandığı barədə məlumatlar gəlir.

Virtualaz.org saytı xəbər verir ki, qondarma «Dağlıq Qarabağ müdafiə nazirliyi» avqustun 2-dən 3-nə keçən axşam saat 23 radələrində Azərbaycan silahlı qüvvələrinin Əsgəran istiqamətində növbəti «kəşfiyyat-diversiya həmləsi» etdiyini bildirir.

İşğalçı qüvvələrin qərargahından bildirildiyinə görə, erməni ordusu hücuma «mütəşəkkil müqavimət göstərib», hücum edənlər döyüş meydanında bir cəsəd qoyaraq geri çəkiliblər. Digər təfərrüatlar barədə məlumat verilmir.

Azərbaycan Müdafiə Nazirliyi hələlik Ağdam istiqamətində gecə döyüşləri barədə məlumat yaymayıb. Ordumuz son günlər bu istiqamətdə gedən döyüşlərdə ağır itkilər verib, erməni tərəfi itkilərindən cəmi 3-nü təsdiq edir.