İlham Əliyevdən Lavrova mesaj
Prezident: «Kim BMT qətnamələrini unudubsa yada sala bilərik...»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Rusiya BMT sanksiyalarını pozub
Ukraynada Şimali Koreyaya məxsus raketin qalıqları tapılıb
-
Prezidentin BƏƏ-nə səfəri
BMT TŞ-da dəstək, Makron-Paşinyan cütlüyünə cavab, İran əleyhinə...
-
Qərbi Azərbaycanda dəyişdirilən türk mənşəli toponimlər
Vaxt gələcək, tarixi yer-yurd adlarımız bərpa olunacaq...
-
Hədəf 15 milyarddır
Türk dövlətləri ilə ticarət rekord həddə
-
Sadəcə, İlham...
Səbirli, heç nəyi əvvəldən açıqlamayan və nəyi nə vaxt edəcəyini bilən ...
-
Azərbaycanda lüks hotellərin daha bir brendi
“The Ritz-Carlton Baku” hotelinin açılışı olub
-
Ərini günahlandırdı
Qətər isə yunan millət vəkilinə rüşvət verilməsi barədə iddiaları yalanladı
-
Avropa İttifaqı qalmaqalı araşdırır
“Demokratiya hücuma məruz qalıb, cəmiyyətimiz təhlükədədir”
-
Rüşvət qalmaqalı səngimir
600 min avro nağd pul, bahalı hədiyyələr ...
-
Türkiyə düşməni həbs olundu
Avropa Parlamentinin vitse-prezidenti, yunan millət vəkili cinayət başında ifşa olundu
-
14 milyon insan qaçqın düşüb
“Dinc əhalinin həyatda qalmaq üçü cüzi imkanları belə hücuma məruz qalır”
-
“Təbiətlə tualet kimi davranırıq”
Quterreş: “Korporasiyalar bank hesablarını dolduqca dünyamızın təbii hədiyyələri boşaldılır”
-
Hər 5 işçidən 1-i...
121 ölkədə keçirilən sorğuda utancverici mənzərə ortaya çıxıb
-
270 yaşlı tarixi abidə
Şəki Xan məscidi kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub
-
Dünya İrsi Siyahısındakı “Yuxarı Baş”
Qoruqdakı təmir-bərpa işləri sayəsində Şəkinin tarixi mərkəzi bütün zənginliyi ilə göz oxşayacaq
-
Aİ ilə Fransanın fərqi ...
Avropa separatizmdən yarasa işıqdan qorxan kimi qorxur
«Beynəlxalq hüquq da bizim mövqeyimizi müdafiə edir. Bir çox mötəbər beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar və qətnamələr qəbul edib». Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində «N» hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışı zamanı deyib.
Dövlət başçısı qeyd edib ki, BMT Təhlükəsizlik Şurası - dünyanın ən ali orqanı 4 qətnamə qəbul edib və bu qətnamələrdə açıq-aydın göstərilir ki, erməni işğalçı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır.
«Əgər kimsə bunu unudubsa, biz bunu yada sala bilərik. Bax, budur bu qətnamələrin əsas mahiyyəti. Ancaq Ermənistan buna məhəl qoymur və işğalçı ölkəyə heç bir təzyiq göstərilmir. BMT Təhlükəsizlik Şurası ilə yanaşı, digər beynəlxalq təşkilatlar – İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası oxşar qərar və qətnamələr qəbul edib. Onlar da kağız üzərində qalıb. Bu, ədalətsizlikdir, bu, beynəlxalq normaların kobudcasına pozulması deməkdir. Ancaq yenə də işğalçı dövlətə heç bir təzyiq göstərilmir. Bu, ikili standartlar siyasətidir. Əfsuslar olsun ki, bizim ölkəmiz uzun illər ikili standartlarla üzləşir. Bəzi yerlərdə BMT Təhlükəsizlik Şurasının qətnamələri bir gün ərzində icra edilir, bizə gəldikdə isə 20 ildən çoxdur ki, bu qətnamələr kağız üzərində qalır və onları qəbul edənlər də buna biganə qalırlar. Belə olan halda Azərbaycan öz gücünü artırmalıdır və artırır».
Xatırladaq ki, bu günlərdə Rusiya XİN rəhbəri Sergey Lavrov azərbaycanlı jurnalistin Qarabağda hərbi əməliyyatların keçiriləcəyi halda Rusiyanın buna reaksiyasının necə olacağı haqda sualına cavab olaraq əvvəl «atəşkəs haqda BMT qətnamələrini» yada salıb, daha sonra Qarabağda hərbi əməliyyatların keçirilməsinin «Azərbaycanın daxili işi olmadığını» deyib. Erməni tərəfi Lavrovun bu bəyanatını Rusiyanın mövqeyini dəqiqləşdirməsi kimi şərh edib sevinir. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov elə həmin gün Lavrovun bəyanatına cavab olaraq müsahibə verib, BMT Təhlükəsizlik Şurasının qətnaməsinin məzmunu yada salıb. İndi isə belə görünür ki, prezident İlham Əliyev Sergey Lavrova eyhamla bildirir: «Kim BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini unudubsa yada sala bilərik...»
***
15:36
«Aprel döyüşləri Azərbaycan Ordusunun böyük qələbəsi idi. Bu döyüşlər zamanı Ermənistanın öz ordusu ilə bağlı uzun illər yaratdığı mif dağıdıldı».
Virtualaz.org bildirir ki, bu fikirləri Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu gün Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində «N» hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında hərbçilərlə görüşdə deyib.
Ölkə başçısı bəyan edib ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır: «Ermənistan işğalın aradan qaldırılması üçün beynəlxalq təşkilatların qətnamə və qərarlarına məhəl qoymur. Azərbaycan gücləndikcə münaqişənin həlli yaxınlaşır. Münaqişənin həlli isə çox sadədir. Birinci, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Biz Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına heç vaxt icazə verməyəcəyik, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək. Kimsə bunu gözləyirsə, qoy, əbəs yerə gözləməsin. Bu, olmayacaq. Dağlıq Qarabağ Azərbaycan torpağıdır, tarix və dünya birliyi də bunu belə qəbul edir».
Xatırladaq ki, Ermənistan prezidenti Serj Sərkisyan srağagün bildirmişdi ki, nə Azərbaycan, nə də Ermənistan Qarabağın taleyini həll edə bilmir. O həmçinin əlavə etmişdi ki, Ermənistan Dağlıq Qarabağ üçün son statusa nail olmağa çalışır.