...Azərbaycan Minskdə təyyarə göndərdi
Aleksandr Lapşini gətirmək üçün...
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“... Müharibəyə hazır ol”
Lukaşenko: “Əgər sülh istəyirsənsə, ...”
-
Putin tələb etdi, Lukaşenko seçim
Minsk müharibəyə qoşulacaqmı?
-
Lukaşenko zəmanət vermir
Rusiya-Belarus danışıqlarının gizlinləri
-
Belarus müharibəyə qoşulur?
“Qırmızı kvadrat”la işarələnmiş zirehlilərin görüntüləri yayılıb
-
Rusiya və Belarus anlaşdı
İki ölkənin müdafiə nazirləri arasında protokol imzalandı
-
Kolesnikava reanimasiyadadır
Belaruslu müxalif liderin vəziyyəti ağırdır
-
Makey niyə öldürüldü?
Xarici işlər naziri mümkün olmayanı bacarmışdı ...
-
Rusiya Belarusa “Xəncər” göndərdi
Amma raketlərin ehtiyatları məhduddur
-
“İkinci cəbhəni” açılır
Moskva istədiyini əldə etmək üçün müharibənin ilk dövründəki vəziyyəti yaratmalıdır
-
Kiyev Lukaşenkonun təbrikini “abırsız” adlandırdı
Belarus prezidenti Rusiyanın Ukraynaya müdaxiləsi üçün öz ərazisini meydan etməkdə günahlandırılır
-
Putinin pozulmuş planları...
... və Lukaşenkonun gizli xəstəliyi
-
Belarus da defolt elan olunub?
Beynəlxalq agentlik Minskin 22,9 milyon dollar borcunu ödəmədiyini deyir
-
Lukaşenko bəhanə axtarır
Belarus prezidenti Ukraynadan raket atıldığını iddia edir
-
Qorxu və cəzasızlıq mühiti
BMT-də Belarus hakimiyyətinə qarşı söhbətlər
-
Belarusda təxribatlar gözlənilir
Lukaşenkonun göz yaşları və ya yeni müharibə planları
-
“Sizi müharibəyə sürükləyirlər”
Zelenskidən Belarus vətəndaşlarına müraciət
Xəbər verildiyi kimi dünən yanvarın 26-da Minsk məhkəməsi bloqqer Aleksandr Lapşinin apellyasiyasına baxıb və onun Bakıya ekstradisiyası haqda qərarı qüvvədə saxladığını elan edib.
Virtualaz.org xəbər verir ki, İsrailin «Haaretz» qəzeti diplomatların Bakıya əngəl olmaq cəhdlərinin, hələ ki, nəticə vermədiyini, əməkdaşlıq davam etdirilsə də, nəyəsə nail olacaqlarına artıq inanmadıqlarınıyazır.
Aleksandr Lapşin dekabrda Minskdə Bakının tələbiylə tutulub. Səbəb onun Qarabağa dəfələrlə Bakının icazəsi olmadan səfər etməsi, Qarabağı «müstəqil ölkə» adlandırması, Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq çağırışlarıdr. 40 yaşlı bloqqer həm İsrail, həm də Rusiya vətəndaşıdır. Rusiyanın xarici işlər naziri Sergei Lavrov bu günlərdə mətbuatla görüşündə Lapşinin ekstradisiyasına imkan verilməyəcəyinə işarə etmişdi. Bu isə İsrailin bloqqeri azad etdirmək ümidlərini artırmışdı.
«Haaretz»in yazdığına görə, hətta Moskvadakı səfir Gary Koren Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkovla görüşüb, Moskvanın Bakıya təsir göstərməsini istəyibmiş. Bütün bunlara baxmayaraq, yanvarın 18-də Belarusun baş prokurorunun müavini Alyaksey Stuk Lapşinin ekstradisiyası haqda sərəncam imzalayıb. Bloqqerin vəkili sərəncama etirazını bildirərək, məhkəməyə müraciət edib. Minsk məhkəməsinin dünənki qərarından sonra Belarusun Ali Məhkəməsinə müraciət göndərilib, Ali Məhkəmə məsələyə fevralın 4-də baxacaq. «Haaretz» qəzeti isə İsrail rəsmilərinə istinad edərək, bloqqeri Bakıya aparacaq təyyarənin artıq Minskə endiyini yazır.
Keçən həftə İsrail rəsmiləri daha nikbin idilər. Onlar bloqqerin Azərbaycan prezidentindən yazılı üzr istəməsini, bununla da məsələnin bağlanmasını istəyirdilər. Ancaq Bakı məsələyə gözlənildiyindən prinsipial yanaşıb, «Haaretz»in bir İsrail rəsmisindən aldığı bilgiyə görə, bu təklifi də rədd edib. Təhvil verilsə, Lapşini Azərbaycanda 8 ilə qədər həbs cəzası gözləyir.
Xatırladaq ki, Lapşinin Azərbaycana ekstradisiyasından ən çox Ermənistan təşviş keçirir, bunun Qarabağa qanunsuz səfər edən başqa xarici vətəndaşlar üçün də presedentə çevriləcəyini, onları belə səfərlərdən çəkindirəcəyini nəzərə alır. Bu isə son illər işğal altındakı Azərbaycan ərazilərində turizmi inkişaf etdirmək istəyən Ermənistan üçün ciddi zərbə olardı. Məhz bu səbəbdən rəsmi Bakı məsələyə milli təhlükəsizlik maraqları çərçivəsində baxır və İsraillə möhkəm tərəfdaşlıq münasibətlərinə baxmayaraq bu ölkənin bloqqerin təqib olunmasını dayandırmaq barədə israrlı xahişlərini yerinə yetirmir. Azərbaycan üçün bloqqerin Bakıya ekstradisiyası onu gözləyən cəza müddətini çəkməsə belə, mühümdür. Rəsmi Bakı bu ekstradisiyaya nail olduqdan sonra bloqqerin barəsində əfv qərarı çıxarıb onu İsrailə təhvil verə bilər.