vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
GÜNDƏM  
16:10 | 9 fevral 2017 | Cümə axşamı Məqaləyə 1522 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bütün səyləri boşa çıxdı»

Azərbaycan prezidenti: «Təmas xəttində baş verənlər daxili işimizdir»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Ermənistan çox çalışdı ki, aprel döyüşlərindən sonra bu məsələyə beynəlxalq don geyindirsin, üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bu məsələyə öz mövqeyini bildirsin». APA-ın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşdə söyləyib.

Dövlət başçısı bildirib ki, bunun heç bir hüquqi əsası yoxdur: «Biz öz torpağımızdayıq. Bizim Ermənistan torpağına iddiamız yoxdur. Baxmayaraq ki, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıb. Ancaq biz öz torpağımızı heç kimə verəsi deyilik. Ona görə də aprel döyüşləri və təmas xəttində yaşanan gərginlik, toqquşma bizim daxili işimizdir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, bütün dünya Dağlıq Qarabağı məhz belə tanıyır. Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapa bilər».

Prezident İlham Əliyev deyib ki, aprel döyüşlərindən sonra Ermənistan müxtəlif yollarla bu məsələyə digər ölkələri cəlb etməyə çalışıb: «Ancaq onların bütün səyləri boşa çıxdı. Ermənistan-Azərbaycan sərhədində növbəti təxribatın törədilməsi məhz bu məqsədi güdürdü ki, bu dəfə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını bu məsələyə cəlb etsin. Bu dəfə də alınmadı. Ona görə ki, Azərbaycan Çingiz Qurbanovun simasında bir daha qəhrəmanlıq göstərdi. Ermənistan bir daha göstərdi ki, hətta bir əsgərimiz onların canlı qüvvəsinə bərpa olunmaz zərbə vura bilər və elə də oldu».


***


«Çingiz Qurbanov bir daha düşmənə Azərbaycan əsgərinin nəyə qadir olduğunu göstərdi». Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib: «Keçən il dekabrın 29-da sizin oğlunuz əsgər Çingiz Qurbanov doğma torpağını müdafiə edərkən qəhrəmancasına həlak olmuşdur. Çingiz böyük qəhrəmanlıq, igidlik göstərmişdir. Düşmənlə üz-üzə qalaraq qeyri-bərabər döyüşdə bir daha düşmənə göstərdi ki, Azərbaycan əsgəri nəyə qadirdir».