vaxtlı-vaxtında oxuyun! Cümə, 10 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
ASİYA  
19:09 | 27 noyabr 2013 | Çərşənbə Məqaləyə 1931 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tələbələr də tərpəndi

15 minə yaxın gənc prezident iqamətgahının qarşısına toplaşacaq

APA

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukraynanın 12 universitetini təmsil edən 15 minə yaxın tələbə prezident iqamətgahına gedərək Viktor Yanukoviçə Avropa Birliyi ilə assosiasiya sazişinin imzalanması tələbi əks olunmuş müraciət təqdim edəcəklər. Bu barədə Kiyevin Müstəqillik Meydanındakı kütləvi aksiyanın təşkilatçıları öz «Facebook» səhifələrində məlumat veriblər.

Tələbələr bu gün Müstəqillik Meydanında öz tələblərini səsləndiriblər. Onlar bildiriblər ki, siyasətçilərin və təhsil ocaqları rəhbərlərinin hər hansı təsiri olmadan özləri təşkilatlanıblar və tətilə başlayıblar. Tələbələr ölkə gəncliyinin böyük əksəriyyətinin dərhal Avropa Birliyi ilə assosiasiya sazişi imzalanmasını istədiklərini söyləyib. Onlar bəyan ediblər ki, gənclər ölkənin gələcəyi olduğu üçün hakimiyyət bu səsə qulaq verməlidir. Tələbələr prezident Viktor Yanukoviçdən görüş istəyiblər.