vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 8 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
23:09 | 20 aprel 2017 | Cümə axşamı Məqaləyə 1155 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Zakir Həsənov niyə məhz indi Tehrana getdi?»

Azərbaycanın müdafiə naziri İran səfəri Ermənistanı narahat etdi

Aqşin KƏRİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Xəbər verildiyi kimi, Azərbaycanın müdafiə naziri Zakir Həsənov aprelin 15-də iranlı həmkarı Hüseyn Dehqanın dəvəti ilə İrana rəsmi səfər edib. Zakir Həsənov aprelin 16-da Tehranda İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqan ilə görüşüb.

İki ölkənin nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşü zamanı hərbi, hərbi-texniki əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib, eləcə də regional təhlükəsizlik və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti aprelin 16-da Tehranda İranın müdafiə sənayesinin nailiyyətləri sərgisində də olub.

Bu ölkənin müdafiə sənayesi kompleksinin istehsal etdiyi hərbi təyinatlı məhsullarla tanış olan Zakir Həsənova İran Silahlı Qüvvələrinin silahlanmasındakı müxtəlif döyüş vasitələrindən ibarət eksponatlar təqdim edilib.

Zakir Həsənovun bu səfəri işğalçı Ermənistanda da müzakirə mövzusudur.

Modern.az saytının məlumatına görə, Ermənistan parlamentinin xarici münasibətlər üzrə daimi komissiyasının keçmiş sədri, analitik Vaqram Atanesyan Hüseyn Dehqanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini vurğulamasına münasibət bildirib.

«Bu mövqe İranın rəsmi yanaşmasıdır. Mən xatırlayıram ki, İran tərəfi həmişə iki tərəf üçün də xeyirli olan bir açıqlama verib. Tehran ümid edir ki, o, yaxın gələcəkdə münaqişənin həllində vasitəçi olacaq», - deyə ekspert bildirib.

Atanesyan deyib ki, Zakir Həsənovun niyə məhz indi İrana səfər etməsi diqqət çəkir. Onun sözlərinə görə, bu məsələ daha aktualdır.

«Bu səfərin Azərbaycanla İran arasındakı ehtimal edilən hərbi əməkdaşlıqla hər hansı bir əlaqəsi varmı? Hesab edirəm ki, bu cür suallar daha maraqlıdır. Bunu aydınlaşdırmaq isə analitiklərin məsələsidir ki, Zakir Həsənov niyə məhz indi Tehrana səfər etdi?»

Atanesyan qeyd edib ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin, Bakıya səfəri, ABŞ-ın Suriya ordusuna məxsus hərbi bazanı vurması fonunda Azərbaycan müdafiə nazirinin İrana getməsi maraqlıdır.