vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
GÜNDƏM  
14:56 | 25 aprel 2017 | Çərşənbə axşamı Məqaləyə 2214 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Milyon dollarlıq proses

Fətullah Gülən 100 ildən çox yaşamaq üçün illərdir bunu edirmiş

MÖVZU İLƏ ƏLAQƏLİ

FETÖ adı altında təşkilatlanmış cərəyanın lideri Fətullah Gülən 100 ildən çox yaşamaq üçün fəaliyyətə keçib. Lent.az «Yeni Şafak»a istinadən xəbər verir ki, o, hüceyrə yenilənməsi tibb texnologiyasına müraciət edib. Belə ki, qəzet xüsusi xidmət orqanlarındakı mənbədən aldığı məlumata əsasən iddia edir ki, Fətullah Gülən şəxsi həkimi olan Tuncay Delibaşın bu işə başlamasını tapşırıb. Həkimin bank hesablarına müxtəlif qaynaqlardan bu müalicənin uğurla başa çatdırılması üçün 30 milyon 500 min lirə də köçürülüb.

Bildirilir ki, Tuncay Delibaşı 2015-ci ildə Türkiyədən qaçıb və Fətullah Gülənə xidmət edir. Onun əsas işi isə hüceyrə yenilənməsi texnologiyası əsasında yeni orqan əldə etmək və Gülənin bədəninin yenilənməsinə nail olmaqdır.

Maraqlıdır ki, Tuncay Delibaşı bir müddət Hacettepe Universitetinin tərkibindəki «Teknokent» elmi-tədqiqat mərkəzinə rəhbərlik edib. O, burada bir çox məşhur dünya həkimlərini hüceyrə yenilənməsi texnologiyasının inkişafı layihəsinə cəlb edib. Bu yolla o, lideri Fətullah Gülən üçün gizli xidmət edib, onun 100 ildən artıq yaşaması üçün araşdırmalar aparıb.

FETÖ ilə bağlı aparılan istintaqda Tuncay Delibaşı təşkilat liderinin özəl tibbi xidmət katibi kimi qeyd edilib və onun 3 il ərzində əldə etdiyi vəsaitin Almaniya və ABŞ bankları vasitəsi ilə ölkədən çıxardığı qeyd edilib.