Xarkov və Donetskdə Rusiya bayraqları qaldırıldı
Kütlə Ukrayna bayraqlarını cırıb, «Rədd olsun Bandera!», «Donetsk Rusiya şəhəridir!» şüarları səsləndirilib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Döyüşə məhbuslar gedir
Ukrayna ordusuna qoşulmaq üçün 3 mindən çox müraciət var
-
Rusiyanın şah damarına zərbə
Heç kimə qulaq asmayan Ukrayna Novorossiysk limanını vurub
-
Rusiya torpaqlarına ABŞ raketləri
Ukrayna Bayden administrasiyasından kəşfiyyat məlumatları və silahlardan istifadə izni istəyib
-
Vyetnam müharibəsi taktikası
“Pilotlar çox təhlükəli missiyalara göndərilir”
-
“Öz ərazilərini vururlar”
Hədəfdən böyük ölçüdə yayınmalar bombalanmanın uğrursuzluğunu göstərir
-
500 min əsgərlə hücum
Ukrayna yarım milyonluq gücü 40 min nəfərlik ordu və PUA-larla qarşılayacaq
-
“Müharibəni qazanmadan NATO-ya girə bilmərik”
“Ukrayna ordusu ABŞ istehsalı olan “F-16”ların bu ay gələcəyini gözləyir”
-
Ukrayna cəbhəsində kritik ay
Putin andiçmə mərasiminə və Qələbə gününə hədiyyə kimi Çasov-Yar təpələrini istəyir
-
Rusiyanı gözləyən təhlükə
Ukraynadan qayıdan əsgərlər tərəfindən törədilən qətllərin sayı 9 dəfə artıb
-
Rusiya BMT sanksiyalarını pozub
Ukraynada Şimali Koreyaya məxsus raketin qalıqları tapılıb
-
“Yenilməz batareya” məhv oldu
Ukrayna ordusu Krımdakı “S-400”lərin birini vurub
-
“Özünü müdafiə hüququ çərçivəsindədir”
NATO Ukraynanın Rusiya ərazisini bombalamağa yaşıl işıq yandırıb
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
“NATO həmişəkindən daha güclüdür”
“Ukrayna müharibəsi təhlükəsizliyin regional deyil, qlobal olduğunu göstərdi”
-
Ukraynada çağırış yaşı aşağı salındı
Zelenski uzun müddətdir yubatdığı qanunu imzaladı
-
“Kerç partlayacaq”
Ukrayna müharibədə bütün balanslar dəyişməyə qərarlıdır
Ukraynanın Xarkov və Donetsk şəhərlərində bu gün vilayət rəhbərliklərinin binalarından Ukrayna bayrağı endirilərək yerinə Rusiya bayraqları taxılıb.
ANS PRESS-in məlumatına görə, hər iki şəhərdə mitinqlər keçirilib. Donetskdə kütlə özünü Donbas xalq dəstələrinin komandiri adlandıran Pavel Qubarevi «xalq qubernatoru» seçiblər. Qubarev deyib ki, güc strukturları yeni seçkilərə qədər yeni qubernatora tabe olmalıdır. Kütlə Ukrayna bayraqlarını cırıb, «Rədd olsun Bandera!», «Donetsk Rusiya şəhəridir!» şüarları səsləndirilib.
Xarkovda isə Maydan tərəfdarları ilə Rusiya tərəfdarları arasında dava düşüb. Əvvəl maydançılar Rusiya bayrağını düşürərək Ukrayna bayraqlarını asa biliblər. Sonradan Rusiya tərəfdarları qələbə çalıb və Rusiya bayraqlarını yenidən vilayət rəhbərliyinin binasının üzərinə yerləşdiriblər.