Soydaşlarımız bir sistemdə təşkilatlanır
Azərbaycanlılar Birliyi adlı vahid platforma yaradılıb
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“ABŞ-la vaxtaşırı görüşürük”
Əsəd: “Heç bir nəticə olmayacağını bilsək belə, cəhd edəcəyik”
-
Nyu-Yorkda siçovul böhranı
Leptospiroz xəstəliyinə yoluxanların sayında ciddi artım var
-
Nüvə müharibəsinə hazırlıq qızışır
ABŞ yeni döyüş başlığının istehsalına başlayır
-
Çinə qarşı kiber hücum ittihamı
Hakerlər ABŞ-ı susuz və enerjisiz qoymağa çalışıblar
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
Təyyarəsi yenə xarab oldu
NATO toplantısına maşınla getdi
-
Amerika seçicisi balans istəyir
Sorğuda respondentlərin əksəriyyəti “dünya siyasətinə daha az qarışılmasına” tərəfdardır
-
“Onlar insan deyil”
Tramp ölkədəki qeyri-qanuni mühacirləri hədəfə alıb
-
ABŞ terrordan qabaq işarə vermişdi
Putin qeyri-qanuni miqrasiyaya qarşı təhlükəsizlik tədbirlərinin artırılmasını əmr edib
-
“ABŞ seçkiyə kölgə saldı”
Nikolas Maduro: “Vaşinqtonda əsəblər gərgindir”
-
Vaşinqton və “boz ərazi”
Bayden administrasiyasının heç vaxt dəqiq strategiyası olmayıb
-
“Əlaqələr kəsilməməlidir”
ABŞ və Çin arasında kritik görüş – “Tayvan qırmızı xətdir”
-
5 milyard ödəyəcək
“Google” təzminat iddialarını qəbul edib
-
“Lego”dan ABŞ polisinə etiraz
Şübhəlilərin üzünün örtülməsinə görə ....
-
NATO-ya qadın başçı
Dünyanın ən güclü hərbi ittifaqına qatı antirusiyaçı, keçmiş SSRİ vətəndaşı rəhbərlik edəcək
-
“Havana sindromu” – sirr pərdəsi aralanır
Dünyanın səbirsizliklə gözlədiyi hesabat dərc olundu
ABŞ-ın Kaliforniya ştatının San Fransisko şəhərində məskunlaşmış həmyerlilərimizin təşəbbüsü ilə Amerikada və Kanada azərbaycanlılarının bir yerə toplaşaraq fərqli fəaliyyət sahələri üzrə bir-birinə dəstək verilməsi istiqamətində xüsusi sistem qurulub.
Hal-hazırki karantin dövrünün qaydalarına uyğun olaraq tədbir onlayn şəkildə həyata keçirilərək, Amerika Birləşmiş Ştatlarından 15 ştatı təmsil edən nümayəndə, Kanadadan isə 2 əyalət nümayəndəsi iştirakı ilə baş tutub. Tədbir əsnasında www.azerbaijaniunion.com platforması və “Slack” müzakirə platforması tanıdılıb.
“Azerbaijani Union” platforması birlik üzvlərinə fərqli imkanlar təqdim edir. ABŞ və Kanadada yaşayan azərbaycanlılar sayta daxil olaraq ödənişsiz kurslar, təcrübə proqramı, yerli şirkətlərin xidmətlərindən endirimli istifadə və yaşadıqları ştat və əyalətdəki cəmiyyətlərdən dəstək və s. imkanlar əldə edə bilərlər.
Üzvlər həmçinin “Slack” platforması üzərində Amerika Birləşmiş Ştatlarının bütün ştatlarında və Kanadanın fərqli əyalətlərində yaşayan digər azərbaycanlılarla artıq çox asan şəkildə əlaqə qura biləcəklər. Bu imkan Amerika və ya Kanadaya yeni immiqrasiya etmiş həmyerlilərimizə yerli həyata uyğunlaşmaqda yardım edəcək. Eyni zamanda bir ştatdan digər ştata səyahət edən və ya birdəfəlik köçən insanlara yeni məkanda yaşayan həmyerliləri tapmaqda yardımçı olacaq. Qoşulmaq üçün bit.ly/Azerbaijanis ünvanı üzrə keçmək kifayətdir.
Təşkilatın fəaliyyəti ilə bağlı yeniliklər rəsmi “Facebook” səhifəsi üzərindən elan ediləcək. www.fb.com/AzerbaijaniUnion