vaxtlı-vaxtında oxuyun! Şənbə, 21 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
AMERİKA  
16:42 | 13 iyul 2024 | Şənbə Məqaləyə 143 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Maskdan Trampa böyük dəstək

“Tesla”nın sahibi olan milyarder ABŞ prezidentliyinə namizədin seçki kampaniyasına ianə verib

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünyanın ən zənginlərindən olan İlon Mask səhhəti ilə bağlı mübahisələrə səbəb olan ABŞ prezidenti Co Baydenə qarşı tənqidlərin dozasını artırarkən rəqibi Donald Trampın kampaniyasına ianə verib.

“Bloomberg”in müxtəlif mənbələrə əsaslanaraq verdiyi xəbərə görə, Mask Trampın yenidən ABŞ prezidenti seçilməsi üçün çalışan “America PAC”a böyük miqdarda ianə ilə dəstək verib. Xəbərdə ianənin məbləği dəqiqləşdirilməyib. Lakin Mask daha sonra sosial şəbəkədə paylaşdığı mesajda heç bir prezidentliyə namizədə ianə vermədiyini bildirib.

Respublikaçılar Partiyası tərəfindən gələn həftə rəsmi olaraq prezidentliyə namizəd göstəriləcək və anketlərdə öndə olan Tramp mart ayında Mask da daxil olmaqla bəzi zəngin şəxslərlə görüşüb.

“Tesla”nın sahibi İlon Mask Trampın müşaviri olacağı ilə bağlı yayılan xəbərləri də rədd edib, lakin respublikaçıları dəstəkləyən açıqlamalar verib. Baydenin siyasətlərini sosial mediada tənqid edən Mask Trampla bir neçə dəfə görüşdüyünü də açıqlayıb.

Elektrik avtomobil inhisarını tənqid edən Tramp ötən ay verdiyi mesajda “Ancaq mən İlonun fanatıyam” demişdi.

Baydenin seçki kampaniyasının sözçüsü Ceyms Sinqer, Elon Musk kimi zənginlərin Trampı vergi siyasətlərinə görə dəstəklədiyini ifadə edərək, “o bilir ki, vergiləri azaldacaq, orta təbəqəninkini isə artıracaq”, – deyib.