vaxtlı-vaxtında oxuyun! Şənbə, 21 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
AMERİKA  
13:36 | 14 iyul 2024 | Bazar Məqaləyə 102 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Satışa çıxdı

Sui-qəsd cəhdini fürsətə çevirdilər

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Pensilvaniyada seçki mitinqində hücuma məruz qalan ABŞ-ın keçmiş prezidenti Donald Trampın şəkli olan köynəklər satışa çıxarılıb.

Noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi, ölkənin 45-ci prezidenti Donald Trampa qarşı sui-qəsd beynəlxalq ictimaiyyətin gündəmini zəbt edib.

Dəhşətli hücumdan cəmi bir neçə saat sonra virtual alış-veriş platformalarında Trampın sui-qəsddən sonra əlini yumruq halına saldığını əks etdirən köynəklər satışa çıxarılıb.

Əvvəllər “Twitter” kimi tanınan X sosial media platformasında köynəklərin təqdimatını edən dizayner Hoc Tvins (Hodge Twins),  və “Bu satışdan əldə edilən bütün gəlir Trampın seçki kampaniyasına köçürüləcək”, – deyib.

“Barstool Sports”un qurucusu Deyv Portnoy da bu köynəklərin öz satış kanallarında satılmağa başladığını bildirib və X-də açıqlama verib.

Köynəklər müxtəlif satış kanallarında satışa çıxarılıb. İlkin pərakəndə satış qiyməti 25 dollar olan köynəklərin qiyməti sonradan 35 dollara yüksəlib. Müxtəlif rəng və ölçü variantlarında satışda olduğu deyən satıcılar köynəklərin hətta “6XL” ölçüsünə qədər istehsal edildiyini bildiriblər.