vaxtlı-vaxtında oxuyun! Şənbə, 21 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
AMERİKA  
19:01 | 14 iyul 2024 | Bazar Məqaləyə 118 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azı 16 milyonda həmin avtomatdan var

Dünyanın danışdığı Trampı güllələyən 20 yaşlı Tomas Metyu Kruks haqqında təfərrüatlar...

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Mitinq zamanı keçmiş ABŞ prezidenti Donald Trampa sui-qəsdə cəhd edən və öldürülən 20 yaşlı terrorçu Tomas Metyu Kruksla bağlı diqqətçəkən təfərrüatlar ortaya çıxıb.

Sosial mediada yayımlanan görüntülərdə ABŞ əsgərləri Kruksun cansız bədəninin yanında dayanıblar. Görüntülərə görə, hücum edən şəxs hündürboy, arıq, ağ dərili, eynək taxan və uzun saçlı bir gənc olub.

ABŞ Federal Təhqiqat Bürosunun (FTB) verdiyi açıqlamada ABŞ-ın keçmiş prezidenti Donald Trampa sui-qəsdin arxasında duran hücumçunun 20 yaşlı Tomas Metyu Kruks olduğu bildirilib.

Kruks keçmiş ABŞ prezidentinə üç dəfə atəş açdıqdan sonra xüsusi təyinatlıların snayperi tərəfindən öldürülüb. ABŞ mətbuatında yer alan xəbərə görə, hücum edən şəxs öldürülərkən üzərində silah tərəfdarı olan “YouTube” kanalının emblemi olan köynək geyinib.

FTB bildirib ki, hadisə zamanı Kruks üzərində şəxsiyyət vəsiqəsi olmayıb, ona görə də onlar şəxsiyyətin müəyyən olunması üçün DNT analizinin nəticələrini gözləməli olublar.

***

Hadisə yerindən 40 mil cənubda, Pensilvaniya ştatının “Bethel Park”ında yaşayan Kruks əvvəllər heç bir heç bir cinayət törətməyib. Britaniya mətbuatında yer alan xəbərə görə, təcavüzkar 2022-ci ildə “Bethel Park” liseyini bitirib, riyaziyyat və elm sahəsində mükafatlar qazanıb.

***

Hadisə yerində öldürülən 20 yaşlı gənc Respublikaçılar Partiyasının qeydiyyatdan keçmiş üzvü olan Kruks partiyanın prezidentliyə namizədini müəyyən edən ilkin seçkilərdə də iştirak edib. Pensilvaniya seçici məlumat bazasında Respublikaçı kimi siyahıya alınmasına baxmayaraq, 2021-ci ildə Demokratların siyasi fəaliyyət komitəsinin “Progressive iştirakçı layihəsi”nə 15 dollar ianə də edib.

Terrorçunun atası Metyu Kruks hakimiyyət orqanları ilə görüşənə qədər oğlu haqqında danışmayacağını bildirib. Polis sui-qəsdə cəhd edənin evinin ətrafında geniş təhlükəsizlik tədbirləri görüb.

***

Associated Press (AP) mitinqdə çəkilmiş onlarla video və fotoşəkillər, eləcə də peyk vasitəsilə əldə olunan görüntülər terrorçunun birmərtəbəli tikilinin damından Trampın çıxış etdiyi səhnəyə atəş açdığı görünür.

Dam Trampın çıxış etdiyi yerdən 150 metr aralıda olub və bu məsafə ABŞ ordusuna cəlb olunanların “M16” tipli avtomatik tüfənglə əsas təlimlərdə insan ölçülü hədəfləri vurmaq üçün tələb olunan məsafəyə uyğundur.

BBC-nin məlumatına görə, Trampın mitinqdə məruz qaldığı hücum “təhlükəsizlik zəifliyi” ilə bağlı müzakirələrə səbəb olub.

***

ABŞ təhlükəsizlik qüvvələri də terrorçunun cəsədinin yanında AR-15 avtomatı tapdıqlarını bildiriblər.

“Washington Post” qəzetinə danışan bir rəsmi, terrorçunun istifadə etdiyi silahın ABŞ ordusunda istifadə edilən “M16” avtomatın mülki modeli olduğunu deyib. “Washington Post” və “Ipsos”un 2022-ci ildə apardığı araşdırmalara görə, ABŞ-da yetkinlik yaşına çatan hər 20 nəfərdən birində Donald Trampa qarşı sui-qəsd istifadə edilən avtomatdan var. Bu o deməkdir ki, ölkədə təxminən 16 milyon insanda ən azı bir “AR-15” silahı var.

Uzunluğu 991 millimetr, çəkisi 2,97 kiloqram olan avtomatın öldürücü məsafəsi 457 metrdir. Yüksək sürətlə atəş açmaq qabiliyyətinə malik olan silahdan atılan güllələr bir anda daxili orqanları məhv edəcək güclü zərbə ilə hədəfə dəyir.