vaxtlı-vaxtında oxuyun! Şənbə, 21 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
AMERİKA  
09:51 | 15 iyul 2024 | Bazar ertəsi Məqaləyə 116 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Qorxmayacağıq!”

Trampın sui-qəsd cəhdindən sonra yeni açıqlaması: “Birlik olmalıyıq”

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın keçmiş prezidenti Tramp seçki mitinqinə silahlı hücumdan sonra ikinci dəfə açıqlama verib. Amerikalıları “birliyə” çağıran Tramp, “Qorxmayacağıq, əksinə inancımızda möhkəm qalacaq və şərə meydan oxuyacağıq” deyib. Tramp həmçinin bu həftə Respublikaçıların Milli Konvensiyasının (RNC) keçiriləcəyi Viskonsin ştatından çıxışını səbirsizliklə gözlədiyini bildirib.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp şənbə günü Pensilvaniyada baş verən atışma ilə bağlı özünün sosial media platforması olan “Truth Social”da ikinci açıqlamasını verib.

Sui-qəsd cəhdindən sonra ikinci dəfə açıqlama verən Tramp yazıb: “Dünənki sözlərinizə və dualarınıza görə hər kəsə təşəkkür edirəm, çünki ağlasığmaz hadisələrin baş verməsinin qarşısını alan yalnız Tanrı idi.

Biz qorxmayacağıq, əksinə imanımızda möhkəm qalacağıq və şərə meydan oxuyacağıq. Bizim sevgimiz digər qurbanlara və onların ailələrinə gedir.

Yaralananlara şəfa diləyir və dəhşətli olayda şəhid olan vətəndaşın xatirəsini qəlbimizdə yaşadırıq.

İndi həmişəkindən daha çox vacibdir ki, biz birləşək və amerikalılar kimi öz həqiqi xarakterimizi göstərək, güclü və qətiyyətli qalaraq zülmün qalib gəlməsinə imkan verməməliyik.

“Mən ölkəmizi həqiqətən sevirəm, hamınızı sevirəm və bu həftə Viskonsin ştatından böyük millətimizə danışmağı səbirsizliklə gözləyirəm”.