vaxtlı-vaxtında oxuyun! Şənbə, 21 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
AVROPA  
18:04 | 16 iyul 2024 | Çərşənbə axşamı Məqaləyə 220 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İlk qaradərili baş nazir 4 ay qala bildi

Britaniyanın 3-cü mühacir əsilli dövlət başçısı də istefa verdi

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Uelsin baş naziri Voqan Getinq (Vaughan Gething) sonsuz böhranlar səbəbilə istefa verib. Uels regional Baş naziri ona etimadsızlıq səsverməsi, partiyasından istefaya çağırışların artması və 200 min funt-sterlinqlik mübahisəli ianə səbəbiylə artan təzyiqlər nəticəsində mart ayında seçildiyi vəzifəsindən getdi.

Avropanın ilk qaradərili baş naziri olan Getinq, 4 nazirin istefaya çağırışından sonra baş nazirlikdən istefa verəcəyini yazılı açıqlamasında bildirib. Vəzifəsini yerinə yetirməyin qeyri-mümkün hala gəldiyini bildirən baş nazir, “Nazir olaraq keçirdiyim 11 ildə heç vaxt şəxsi maraqlarıma əsaslanaraq qərar verməmişəm. Nazirlik məsuliyyətimdən sui-istifadə etmədim”, – deyib.

Mart ayında vəzifəyə başlayan Getinq, “X” sosial şəbəkə hesabındakı paylaşımında “baş nazirlikdən istefa prosesini başlamaq üçün çətin bir qərar verdim”, – yazıb. O, partiyada yeni liderin seçilməsini müzakirə edəcəklərini və təqvimi müəyyənləşdirəcəklərini də bildirib.

***

Mart ayında vəzifəyə gəldikdən sonra Getinq, Uels İşçi Partiyasının liderliyi üçün kampaniyası zamanı aldığı 200.000 funt-sterlinq ianə səbəbindən tənqid mərkəzinə çevrilib.

Daha əvvəl ətraf mühitə zərər verdiyi üçün iki dəfə cərimələnən bir şirkətdən aldığı ianənin qaydalara zidd olmadığını ifadə edən baş nazir, partiya daxili yazışmaların sızması ilə bağlı parlamentdə nazirlərdən birini ittiham edib. Nazir Hanna Blizin (Hannah Blythyn) isə iddiaları rədd etdi.

Getinq tərəfindən alınan ianə həmçinin Pleyd Kamri (Plaid Cymru) partiyası ilə hakim Uels İşçi Partiyası arasındakı əlaqəni pozub. Pleyd Kamrinin lideri Run ap Loverz (Rhun ap Iorwerth) Getingə etimadsızlıq səsverməsinə çağırıb.

İyun ayında Uels parlamenti Senedddə etimadsızlıq səsi alan Getinq istefa verməkdən imtina edib. Bu səhər Uels kabinetində Mik Antoniv (Mick Antoniw), Culi Ceyms (Julie James), Lesli Qrifits (Lesley Griffiths) və Ceremi Mayls (Jeremy Miles), Getinqi istefaya çağıraraq, vəzifələrindən geri çəkildiklərini elan ediblər.

2024-cü ilin mart ayında Gethinq Hindistan əsilli Britaniyanın baş naziri Rişi Sunakın və Pakistan əsilli Şotlandiyanın baş naziri Həmzə Yusifin vəzifə yerinə yetirdiyi ölkədə immiqrant mənşəli üçüncü baş nazir oldu. İyul ayına qədər ölkədə mühacir əsilli hər üç baş nazir öz vəzifələrini tərk edib.