vaxtlı-vaxtında oxuyun! Şənbə, 21 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
15:16 | 17 iyul 2024 | Çərşənbə Məqaləyə 130 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Müharibə elan etməyə bərabərdir”

“NATO-nun ağıllı addımı planetin məhvinin qarşısını ala bilər”

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev bildirib ki, Ukraynanın Şimali Atlantika Müqaviləsi Təşkilatında (NATO) iştirakı Moskvaya qarşı müharibə elanı demək olacaq və yalnız alyansın müdrikliyi planetin məhv edilməsinin qarşısını ala bilər.

Keçən həftə keçirilən sammitdə NATO liderləri Ukraynanı “Avro-Atlantik inteqrasiya yolunda, o cümlədən NATO-ya üzvlük yolunda” dəstəkləyəcəklərini vəd etdilər, lakin onun nə vaxt üzv ola biləcəyinə qapını açıq saxladılar.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini və Kreml avtoritetlərinin aparıcı simalarından olan Medvedev “Arqumenti i faktı” qəzetinə açıqlamasında Ukraynanın NATO-ya üzvlüyünün Moskvanın təhlükəsizliyinə birbaşa təhdiddən kənara çıxacağını deyib.

Medvedev bu gün (çərşənbə) qəzetdə dərc olunan bəyanatlarında “bu (Ukraynanın NATO-ya daxil olması) mahiyyət etibarı ilə müharibə elanı olacaq”, – deyib.

"Rusiyanın düşmənlərinin illərdir bizə qarşı hərəkətləri və alyansın genişlənməsi NATO-nu geri dönüşü olmayan bir nöqtəyə aparır".

Medvedev Rusiyanın NATO-nu təhdid etmədiyini, əksinə alyansın genişlənmə təşəbbüslərinə cavab verəcəyini qeyd edərək, "bu cür təşəbbüslər nə qədər çox olarsa, cavablarımız da bir o qədər sərt olacaq”, – deyib.

Medvedev 2008-ci ildən 2012-ci ilə kimi prezidentliyi dövründə qərbyönlü kimi görünürdü, lakin o, özünü yenidən Kreml avtoriteti kimi göstərdi. O, ABŞ və müttəfiqlərinə xəbərdarlıq edib ki, Kiyevin silahlanması “nüvə fəlakətinə” səbəb ola bilər.