vaxtlı-vaxtında oxuyun! Şənbə, 21 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
REGİON  
18:01 | 17 iyul 2024 | Çərşənbə Məqaləyə 104 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Ən azı dialoq vardı”

“Seçki müzakirələrində Putin və Rusiya mövzusu hər zaman gündəmdədir”

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Kremlin sözçüsü Dmitri Peskov ABŞ-da qarşıdan gələn prezident seçkilərini və Trampın paytaxt Moskvada jurnalistlərə Rusiya ilə bağlı müxtəlif açıqlamalarını dəyərləndirib.

Xüsusilə son illərdə ABŞ prezident seçkilərində Rusiya və prezident Vladimir Putinin mühüm element halına gəldiyinə diqqət çəkən Peskov, “seçki müzakirələrində Putin və Rusiya mövzusu hər zaman gündəmdədir”, – deyib.

Trampın prezidentliyi dövründə Rusiya ilə yaxşı münasibətlər qurduqlarına dair açıqlamalarına münasibət bildirən Peskov, “Tramp dövründə Rusiya üçün yaxşı bir şey edilmədi. Amma ən azından dialoq var idi. Bu, yəqin ki, müsbət element sayıla bilər, – deyib.

Macarıstanın baş naziri Viktor Orbanın Ukraynadakı proseslə bağlı sülh təkliflərinə Qərb ölkələrindən cavab almadıqlarını ifadə edən Peskov, “Avropalılar Orbanın bu mövzuda bütün səlahiyyətlərini tamamilə inkar etmək və Ukraynaya hərbi sahədə kömək etmək əzmində olduqlarını təsdiqləyirlər. Bu, yəqin ki, onların cavabıdır”, – deyib.