vaxtlı-vaxtında oxuyun! Şənbə, 21 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
AMERİKA  
20:41 | 19 iyul 2024 | Cümə Məqaləyə 102 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Respublikaçıların birliyi Trampın yolun açır

“Covid 19” isə Baydeni daha da təcrid edir

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Respublikaçıların Milouki şəhərində keçirilən partiya qurultayında respublikaçıların birliyi açıq-aşkar keçmiş ABŞ prezidenti Donald Trampın Ağ Evə qayıtmasına zəmin yaradır. Prezident Co Baydenin Demokratik partiyası iyunun 27-dəki debatdakı fəlakətli çıxışından sonra daha da pisləşən ciddi fikir ayrılıqlarından əziyyət çəksə də, Trampın partiyasından olan keçmiş rəqibləri onun ətrafında toplaşaraq, ona sədaqətlərini və yeni Amerika dövrü arzularını bir daha təsdiqləyiblər.

Cəbhənin qarşı tərəfi – Bayden düşərgəsində isə vəzifə gün-gündən mürəkkəbləşir. ABŞ prezidentinin istefasını tələb edənlərə keçmiş prezident Barak Obama da qoşulub. “Washington Post” verdiyi məlumata görə, məlumatlı mənbələr Obamanın müttəfiqlərinə Baydenin seçkilərdə qalib gəlmək şansının xeyli azaldığını və onun namizədliyinin mümkünlüyünü ciddi şəkildə nəzərdən keçirməli olduğuna ehtiyac yarandığını bildirib.

Digər tərəfdən, Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi də Baydenə zəng edərək onu geri çəkilməyə razı salmağa çalışıb.