vaxtlı-vaxtında oxuyun! Şənbə, 21 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
ELM-TEXNİKA  
16:28 | 22 iyul 2024 | Bazar ertəsi Məqaləyə 227 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Süd yolu”nun mərkəzində qara dəlik

Çox nadir rast gəlinən kəşf uzun müddətdir cavab gözləyən sualı cavablandıra bilər

ELŞAD

MÖVZU İLƏ ƏLAQƏLİ

“Süd yolu” qalaktikasının mərkəzi yaxınlığında nadir qara dəlik aşkar edilib. Alimlər ümid edirlər ki, bu obyekt qara dəliklərin təkamülü ilə bağlı uzun müddətdir davam edən sirri işıqlandıracaq.

Kütləvi ulduzların ölümündən sonra ortaya çıxan qara dəliklər kainatın ən sirli formasiyalarından biridir. Kəşf olunduqdan sonra 50 ildən çox müddət ərzində onlar haqqında çox şey öyrənilsə də, hələ də cavabını gözləyən ən azı bir o qədər sual var.

Bunlardan biri superkütləvi qara dəliklərin əmələ gəlməsi prosesidir. Tək bir ulduzun meydana gətirdiyi ən böyük qara dəliyin kütləsi Günəşin kütləsindən təxminən 80 dəfə böyük ola biləcəyi düşünülür.

Zamanla birdən çox qara dəliyin birləşməsi nəticəsində əmələ gələn superkütləli qara dəliklər Günəşin kütləsinin milyonlarla, hətta milyardlarla qatına çata bilir. Kütləsi 100-100 min Günəş olanlar orta kütləli qara dəliklər kimi təsnif edilir.

Bu günə qədər çox az sayda ara kütləli qara dəliyin kəşf edilməsi bu cisimlərin çox yüksək kütlələrə çatması prosesini aydın şəkildə başa düşməyə mane olur.

İyulun 18-də resenziyalı “The Astrophysical Journal”da dərc edilən araşdırmanı aparan komanda bu sirr pərdəsini aça biləcək mühüm addım adıb.

“Süd Yolu”nun mərkəzindən təxminən 0,1 işıq ili uzaqlıqda yerləşən “IRS 13” ulduz klasterini müşahidə edən elm adamları gözlənilməz bir şeylə qarşılaşıblar. Oradakı ulduzlar təəccüblü nizamlı şəkildə hərəkət edir.

Təxminən 25 il əvvəl kəşf edilən “IRS 13” özlüyündə maraq doğuran bir məsələdir. Əvvəlcə tək bir ulduz olduğu düşünülən sistemin, sonrakı müşahidələrlə əslində kiçik və sıx bir ulduz çoxluğu olduğu ortaya çıxıb.

Qalaktikanın mərkəzindəki superkütləvi qara dəlik olan Sagittarius A*” (SgrA*)-a bu qədər yaxın olan sistemin necə toxunulmaz qaldığı alimləri təəccübləndirir.

Çilidə çox böyük teleskop və digər alətlərlə “IRS 13”ü öyrənən tədqiqatçılar çoxluqdakı ulduzların xaotik və təsadüfi hərəkət edəcəyini gözləyirdilər.

Lakin nizamlı bir hərəkət görən elm adamları bunun iki izahının ola biləcəyini deyirlər. Ya qalaktikanın mərkəzində yerləşən superkütləli qara dəlik “SgrA*” oradakı cisimlərin orbitlərinə təsir edir, ya da ulduz klasterində ara kütləli qara dəlik var.

Tədqiqatçılar müşahidələr və kompüter modellərindən istifadə edərək ikinci variantın daha çox ehtimal olunduğu qənaətinə gəliblər.

“IRS 13”ün hərəkətlərini araşdıraraq, qrup çoxluğu bir yerdə tutacağı düşünülən sıx bir obyektin təxmini yeri hesablanılıb. Alimlər bu bölgədə saniyədə təxminən 130 kilometr sürətlə fırlanan rentgen şüaları və ionlaşmış qaz halqasını müşahidə ediblər.

Alimlər hesablayıblar ki, halqanın mərkəzində olduğu fərz edilən cismin kütləsi Günəşin kütləsindən 30 min dəfə çoxdur. Həm bu məlumatlar, həm də “IRS 13”ün çox yüksək sıxlığa malik olması onun tərkibində ara kütləli qara dəliyin olduğunu göstərir.

Məqalənin aparıcı müəllifi Florian Paysker bu barədə deyib: “”IRS” 13 mərkəzi qara dəliyimiz “SgrA*”nın böyüməsində əsas tikinti bloku kimi görünür”.

Nəticələri təsdiqləmək üçün əlavə müşahidələrə ehtiyac var. Lakin alimlər “SgrA*” və digər superkütləvi qara dəliklərin necə bu qədər böyük olması ilə bağlı bəzi suallara artıq cavab verə bilərlər.

Paysker əlavə edib: “Bu füsunkar ulduz çoxluğu təxminən 20 il əvvəl kəşf edildiyi gündən bəri elmi ictimaiyyəti heyrətləndirməkdə davam edir”.

Əvvəlcə onun qeyri-adi dərəcədə ağır bir ulduz olduğu düşünülürdü. Bununla belə, yüksək ayırdetmə məlumatları ilə biz indi mərkəzdə ara kütləli qara dəliyə malik tikinti blokunun tərkibinin olduğunu təsdiq edə bilərik.