vaxtlı-vaxtında oxuyun! Şənbə, 21 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
DÜNYA  
14:57 | 22 iyul 2024 | Bazar ertəsi Məqaləyə 118 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Onun verə biləcəyi ən yaxşı qərar”

Baydenin namizədlikdən çəkilmə qərarına dünya liderlərindən reaksiyalar

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidenti Bayden noyabrın 5-də keçiriləcək prezident seçkilərində namizədliyini geri götürdüyünü və vitse-prezident Kamala Harrisin namizədliyini dəstəklədiyini açıqlayıb. Bayden geri çəkilmək qərarına gəldikdən sonra dünyanın hər yerindən liderlər bəyanatlar verdilər.

***

Almaniya kansleri Olaf Şoltz, “X”dən verdiyi açıqlamada, Baydenin namizədlikdən geri çəkilmə qərarının təqdirə layiq olduğunu söyləyib: “Dostum Co Bayden ölkəsi, Avropa, dünya üçün çox şey verdi. Onun sayəsində transatlantik əməkdaşlıq sıx, NATO güclü və ABŞ bizim üçün yaxşı və etibarlı tərəfdaşdır. Onun təkrar namizəd olmamaq qərarı təqdirə layiqdir”.

***

Polşanın Baş naziri Donald Tusk Baydenin siyasi karyerası boyunca “dünyanı daha təhlükəsiz, demokratiya və azadlığı gücləndirən çətin qərarlar verdiniz. Son qərarınızı açıqlayarkən eyni prinsiplərə uyğun hərəkət etdiyinizi bilirəm. Bəlkə də bu həyatınızdakı ən çətin qərar idi”, – deyib.

***

“X” sosial platformasından verdiyi açıqlamada Kanadanın baş naziri Castin Trüdo Baydenə və həyat yoldaşı Cill Baydenə təşəkkür edib və prezidenti kanadalılar üçün “əsl dost” adlandırıb. “O, böyük insandır və etdiyi hər şey ölkəsinə olan məhəbbətindən qaynaqlanır”.

***

Böyük Britaniyanın Baş naziri Keir Starmer də “X” hesabındakı açıqlamasında Baydenin qərarına hörmət etdiyini və qalan səlahiyyət müddətində onunla işləməyi “səbirsizliklə gözlədiyini” yazıb.

***

Yaponiyanın Baş naziri Kişida Fumio mətbuat konfransında Baydenin qərarının “qəbul edə biləcəyi ən yaxşı siyasi qərar” olduğunu düşündüyünü ifadə edərək, “Yaponiya-ABŞ ittifaqı ölkəmizin diplomatiyasının və təhlükəsizliyinin təməl daşıdır, buna görə baş verənləri yaxından izləyəcəyik”, –deyib.

***

“X” sosial platformasından verdiyi açıqlamada Çexiyanın Baş naziri Petr Fiala Baydenin prezidentlik yarışından geri çəkilmək qərarını “şəxsən çətin, lakin çox dəyərli qərar” kimi qiymətləndirib.

***

Ukrayna prezidenti Vladimir Zelenski sosial media hesabında ABŞ prezidenti Co Baydenə Ukraynaya verdiyi dəstəyə görə təşəkkür edib və onun prezidentlik yarışından geri çəkilməsinə hörmətlə yanaşdığını bildirib.

Son illərdə bir çox güclü qərarlar qəbul edildiyinə diqqət çəkən Zelenski, bu qərarların Baydenin çətin günlər qarşısında atdığı cəsarətli addımlar kimi yadda qalacağını qeyd edib. O, Baydenin prezidentlik yarışından geri çəkilməsini çətin, lakin güclü qərar kimi qiymətləndirib və buna hörmət etdiklərini bildirib.

Liderliyinə görə Baydenə hər zaman minnətdar olacaqlarını vurğulayan Zelenski, “O, tarixin ən dramatik anında ölkəmizi dəstəklədi, Putinin ölkəmizi işğal etməsinə mane oldu və bu dəhşətli müharibə boyunca bizə dəstək olmağa davam etdi”, – deyib.

Zelenski Ukrayna və Avropadakı vəziyyətin daha çətin olduğunu vurğulayaraq Rusiyanın ABŞ-ın davamlı güclü rəhbərliyi sayəsində təcavüzünün bədəlini ödəyəcəyini gözlədiyini qeyd edib.

***

İspaniyanın Baş naziri Pedro Sançes “X”dəki paylaşımında Baydenin “cəsur və şərəfli” qərarına görə təşəkkür etdiyini bildirib. Baydenin hakimiyyətdə olduğu müddətdə verdiyi “vacib qərarlara” diqqət çəkən Sançez, “Bu, həmişə demokratiya və azadlıq uğrunda mübarizə aparmış böyük bir prezidentin böyük jestidir”, – deyib.

***

İrlandiyanın baş naziri Saymon Harris də Baydenə “qlobal liderliyi” və “dostluğuna” görə təşəkkür edib.