Netanyahu Baydeni tənqid etməyəcək
Prezidentin son addımından sonra İsrail baş nazirinin ABŞ-a səfəri kölgədə qalıb
CAVİD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Ratsiyalar yapon markası olub?
Livanda partlayışlarla gündəmə gələn cihazların istehsalçısı İCOM
-
Əvvəlcə siqnal, sonra partlayış
İkinci dalğada ratsiyalar daha çox terrorçu öldürdü
-
“Hələ aktivləşdirilməyən imkanlarıımız var”
İsrail qərargah rəisi: “Hər mərhələdə Hizbullahın cəzası yüksək olmalıdır”
-
ABŞ-dan İrana yeni sanksiyalar
SEPAH üzvləri və həbsxana rəsmilərinin olduğu 12 nəfərlik siyahı
-
İsrail ordusunda yerdəyişmə
Müharibə yeni mərhələyə qədəm qoyub
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
... 9 ABŞ şirkətinə sanksiya
Tayvana silah satışına görə...
-
... Mobil telefonlarımız təhlükəsizdirmi?
Livanda peycer partlayışlarından sonra ağla gələn sual budur ...
-
Cibimizdəkilər partlaya bilərmi?
Peycer hücumu terror təşkilatının əməliyyatlarına ciddi maneə yaradacaq
-
İndi də ratsiyalar partladı
3 ölü və yüzlərlə yaralı var
-
“BAC Consulting”in saytı günortadan işləmir
Terrorçulara partlayan peycerlər satan Macarıstan şirkəti mübahisələrin mərkəzindədir
-
Terrorçulara məxsus binalar vurulub
Dünyanın danışdığı partlayışdan sonra 5 hədəfə hücum
-
Pentaqon qoşun göndərdi
Arktikada ABŞ-Rusiya rəqabəti güclənir
-
PUA-larda süni intellekt
Alyans kvant texnologiyasına üstünlük verib
-
Şübhəli zərf həyəcanı
17 ştata içərisində şübhəli maddə olan məktublar göndərilib
-
Peycer necə ölümcül bombaya çevrildi
Hizbullahın gizli rabitə şəbəkəsi hədəfə alınıb
İsrail mediası “Kanal 13”ün mənbəyi göstərmədən verdiyi xəbərinə görə, İsrailin strateji işlər naziri Ron Dermer ABŞ administrasiyasına məlumat verib ki, baş nazir Benyamin Netanyahunun çərşənbə günü Konqres qarşısında çıxışında ABŞ prezidenti Co Baydeni tənqid etməyəcək.
Kanal Netanyahuya yaxın olan Dermerin bu zəmanətləri ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın İsrail rəsmilərindən Netanyahunun çıxışının məzmunu ilə bağlı məlumat istəməsindən sonra verdiyini bildirib.
İsrailin baş nazirinin dünən (bazar ertəsi) Vaşinqtona getməzdən əvvəl noyabrda keçiriləcək prezident seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq, İsrailin ABŞ-ın Yaxın Şərqdəki ən güclü müttəfiqi olacağını bildirməsi diqqət çəkib.
Netanyahu, karyerası boyunca İsrail üçün etdiyi hər şeyə görə Baydenə təşəkkür edəcəyini bildirdi.
Bu səfər, Netanyahunun 2022-ci ilin sonunda altıncı müddətə baş nazir olaraq seçilməsindən sonra onun ən mühüm beynəlxalq müttəfiqinə ilk səfəri olacaq ki, bu da əvvəllər heç vaxt baş verməyib. Bununla belə, “Reuters” agentliyinin məlumatına görə, onun səfəri Baydenin bir daha namizəd olmamaq qərarı ilə kölgədə qalıb.