vaxtlı-vaxtında oxuyun! Şənbə, 21 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
REGİON  
01:11 | 23 iyul 2024 | Çərşənbə axşamı Məqaləyə 180 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Ukrayna müharibəsi daha vacibdir”

Kremlin Baydenin seçkilərdən geri çəkilməsi xəbərinə reaksiyası

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidenti Co Bayden seçkilərdə iştirakdan imtina etdikdən sonra Kreml bəyan edib ki, Rusiya üçün ən vacib olan ABŞ siyasəti deyil, Ukrayna müharibəsində öz məqsədlərinə çatmaqdır.

Peskov, “Biz səbirli olmalı və baş verənləri diqqətlə izləməliyik. Bizim prioritetimiz xüsusi hərbi əməliyyatdır”, – deyib.

Kremlin sözçüsü Dmitri Peskov “Shot” xəbər saytına deyib: “Seçkilərə hələ dörd ay var və bu, çox şeyin dəyişə biləcəyi uzun müddətdir”.

Peskov, “Biz səbirli olmalı və baş verənləri diqqətlə izləməliyik. Bizim prioritetimiz xüsusi hərbi əməliyyatdır”, – deyib. “Reuters”in verdiyi məlumata görə, Peskov prezident Vladimir Putinin Ukraynadakı müharibəni təsvir edərkən işlətdiyi “xüsusi hərbi əməliyyat” ifadəsini işlədib.

Demokrat dostlarının artan təzyiqi altında Bayden dünən prezidentlik yarışından geri çəkildi və gələn noyabr seçkilərində Respublikaçı Donald Trampla qarşılaşmaq üçün namizəd Kamala Harrisi dəstəklədiyini açıqladı.