vaxtlı-vaxtında oxuyun! Şənbə, 21 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
AMERİKA  
19:27 | 23 iyul 2024 | Çərşənbə axşamı Məqaləyə 101 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Trampa sui-qəsd cəhdinə görə istefa

ABŞ Məxfi xidmətinin direktoru Nümayəndələr Palatasında 4 saat ifadə vermişdi

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçki mitinqində güllələnməsindən sonra tənqidlərə məruz qalan ABŞ Məxfi xidmətinin direktoru Kimberli Çitl istefa verib.

“Associated Press” (AP) Çitlin istefasını ABŞ Məxfi xidmətinin əməkdaşlarına göndərdiyi e-poçta əsasən elan etdi.

Çitl elektron poçtunda “Təhlükəsizliyin pozulmasına görə bütün məsuliyyəti öz üzərimə götürürəm. Hadisələrdən sonra çətin variantı seçdim və istefa verməyə qərar verdim”, – deyib.

***

Çitlin istefası dünən Nümayəndələr Palatasında iştirak etdiyi iclasda keçmiş prezident Trampa qarşı sui-qəsd cəhdi ilə bağlı sualları cavablandırdıqdan sonra baş verib.

Trampa qarşı sui-qəsd cəhdini “Məxfi xidmətin uzun illərdən bəri ən böyük əməliyyat uğursuzluğu” olaraq xarakterizə edən Çitl, hadisənin bütün istiqamətlərinə işıq salmaq və bu cür təhlükəsizlik pozuntularının yenidən baş verməsinin qarşısını almaq üçün xidmət daxilində lazımi görüşlər keçirdiklərini bildirib.

4 saatdan çox davam edən iclasda hər iki partiyadan olan Konqres üzvləri Çitli sorğu-sual edib. Senatorlar sui-qəsdin qarşısını ala bilmədiyi üçün onu sərt şəkildə tənqid edib və “dərhal istefaya” çağırıb.

Şiddətli tənqidlərdən sonra Çitl bu gün istefa verdiyini açıqlayıb.