vaxtlı-vaxtında oxuyun! Şənbə, 21 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
BÖHRAN  
00:01 | 25 iyul 2024 | Cümə axşamı Məqaləyə 145 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qara dənizdə müharibə vəziyyəti

Britaniya təyyarələrinə qarşı Rusiya qırıcısı havaya qaldırılıb

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya Müdafiə Nazirliyi Qara dənizdə sərhədə yaxınlaşan Britaniyanın iki “Eurofighter Typhoon” döyüş təyyarəsi və bir “RC-135” strateji kəşfiyyat təyyarəsinin təsbit edildiyini bildirib. Daha sonra Kreml “Su-27” qırıcısının qaldırıldığını elan edib.

Nazirlikdən verilən açıqlamada, Rusiya hava məkanına nəzarət vasitələrinin Qara dənizdə Rusiya Federasiyası sərhədinə yaxınlaşan bir qrup hava hədəfi aşkar etdiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, Rusiya hava hücumundan müdafiə qüvvələrinə məxsus “Su-27” döyüş təyyarəsi hava hədəfinin kimliyini öyrənmək və sərhəd pozuntusunun qarşısını almaq üçün havaya qalxıb. Qırıcının yaxınlaşdığını görən İngilis təyyarələri Rusiya Federasiyasının dövlət sərhədindən geri qayıdıb”, – bəyanatda deylir.

Açıqlamada, Rusiya təyyarəsinin öz hava limanlarına sağ-salamat geri döndüyü və sərhədin pozulmasına icazə verilmədiyi bildirilib: “Rusiya döyüş təyyarəsinin uçuşu neytral sular üzərində hava məkanı beynəlxalq qaydalara və təhlükəsizlik tədbirlərinə tam uyğun olaraq həyata keçirilib”.