vaxtlı-vaxtında oxuyun! Şənbə, 21 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
AMERİKA  
23:51 | 25 iyul 2024 | Cümə axşamı Məqaləyə 150 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Demokratiyaya ziddir”

Kamala Harrisə qorunmadığı yerdən zərbə

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın ilk qaradərili qadın prezidenti olmağa can atan Kamala Harrisin namizədliyinə gözlənilməz yerdən etirazlar gəlib. “Black Live Matter” təşkilatı demokratları ABŞ qaradərililəri manipulyasiya etməkdə ittiham edib.

ABŞ-da qaradərililərin hüquqlarını müdafiə edən aparıcı təşkilatlardan biri olan “Black Lives Matter” (BLM) Demokratlar Partiyasından Kamala Harrisin prezidentliyə mümkün namizədliyinə reaksiya verib.

Prezident Co Bayden seçki yarışından geri çəkildikdən və yerinə müavini Harrisin namizədliyini irəli sürdükdən sonra Demokratlar Partiyasında mənzərə demək olar ki, aydın oldu. Kamala Harrisin ABŞ-ın ilk qaradərili qadın prezidenti olmağa demokrat namizəd olacağı dəqiqdir.

BLM öz bəyanatında Kamala Harrisin partiya daxilində seçilmədən prezidentliyə namizəd olmasının demokratiyaya zidd olacağını bildirib. “Demokratik partiyanın elitası və milyarder donorları Kamala Harrisi və naməlum vitse-prezidentliyə namizədi ictimai əsas səsvermə olmadan seçərək qaradərili seçiciləri manipulyasiya etməyə çalışırlar. Demokratik prinsiplərin açıq şəkildə pozulması olan bu vəziyyət qəbuledilməzdir”, – bəyanatda deyilir.

BLM lideri Şalomyah Bouers Kamala Harrisin yox, namizədlik prosesinin əleyhinə olduqlarını bildirib.