vaxtlı-vaxtında oxuyun! Şənbə, 21 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
REGİON  
16:40 | 26 iyul 2024 | Cümə Məqaləyə 134 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiyada general həbs olundu

Keçmiş müdafiə nazirinin müavini korrupsiyada günahlandırılır

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya Federal Təhlükəsizlik Xidməti (Федеральная служба безопасности – FSB) Rusiya müdafiə nazirinin keçmiş müavini, Rusiya ordusunun generalı Dmitri Bulqakovun korrupsiya ittihamı ilə həbs olunub.

Rusiya kəşfiyyatı FSB-nin verdiyi açıqlamada, Daxili İşlər Nazirliyi və İstintaq Komitəsi ilə birgə əməkdaşlığı nəticəsində Rusiya Müdafiə nazirinin keçmiş müavini general Dmitri Bulqakovun əməliyyat çərçivəsində saxlanıldığı bildirilib. Generala korrupsiya ilə bağlı cinayət işi açılıb və məhkəmədən əvvəl təcridxanaya aparılıb.

Açıqlamada Bulqakovun qanunsuz fəaliyyətinin səbəb və şəraitinin müəyyənləşdirilməsi istiqamətində araşdırma və əməliyyatların davam etdirildiyi bildirilib.

Rusiya İstintaq Komitəsinin sözçüsü Svetlana Petrenko da sosial media hesabında verdiyi açıqlamada 2008-2022-ci illərdə nazir müavini olmuş Bulqakovun korrupsiya işi ilə bağlı araşdırma aparıldığını və Bulqakovun bu işdə həbs qətimkan tədbiri seçildiyini bildirib.

Dmitri Bulqakov 2008-2022-ci illərdə Rusiya Müdafiə nazirinin müavini vəzifəsində çalışarkən uzun müddət Rusiya ordusunun maddi-texniki təminatına cavabdeh olub.