vaxtlı-vaxtında oxuyun! Şənbə, 21 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
AMERİKA  
20:59 | 26 iyul 2024 | Cümə Məqaləyə 143 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Trampdan Harissə iki eyham

“İnəyin hökmranlğı”, “Afrikadan, Asiyadan gəlirlər” sözlərilə miqrant ailəsini nəzərdə tutub?

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın hazırkı prezidenti Co Bayden builki seçkilərdə iştirak etməyəcəyini elan etdikdən sonra vitse-prezident Kamala Harrisin Trampa qarşı mübarizə aparacaq Demokratlar Partiyasından namizəd kimi onu əvəzləyəcəyi gözlənilir.

Tramp Şimali Karolina ştatının Şarlotta şəhərində etdiyi çıxışda Harrisi “qırmızı əti qadağan edən qanunlar qəbul etmək” istəməkdə günahlandırıb və bunun sonda “inəyin hökmranlığına” (Hindistandakı kimi – Vaxt.az) gətirib çıxara biləcəyini bildirib.

Tramp, “Kəmalə hətta iqlim dəyişikliyini dayandırmaq üçün qırmızı əti qadağan edən qanunlar qəbul etmək istəyir... Bunun nə demək olduğunu bilirsinizmi? Bu o deməkdirmi ki, artıq inək yoxdur? Təhlükəli. “Düşünürəm ki, nəticədə bu, artıq heç kimin olmayacağı anlamına gələcək”.

Tramp eyni çıxışı zamanı immiqrasiyadan danışarkən, uydurma doktor Hannibal Lekteri də misal çəkib: “Onlar təkcə Cənubi Amerikadan deyil, Afrikadan (Donald Harris Yamayka vətəndaşı miqrant olub), Asiyadan (Şamala Gopalan Hindistandan gələn miqrant bioloq alim), Yaxın Şərqdən gəlirlər. Hər yerdən gəlirlər... Dünyanın hər yerindən, həbsxanalardan, təcridxanalardan, ruhi xəstəxanalardan və psixiatriya klinikalarından ...”.

Respublikaçı namizədin seçki kampaniyası dünən (cümə axşamı) elan etdi ki, Donald Tramp  Demokrat Partiyasının namizədliyi hələ rəsmiləşmədiyi üçün Kamala Harrislə iddia edilən debat üçün hər hansı cədvəl təyin etməkdən imtina edib.

Trampın seçki kampaniyasının sözçüsü Stiven Çeunq açıqlamasında deyib: “Demokratlar öz namizədləri ilə bağlı rəsmi qərar vermədikcə, ümumi seçki debatının təfərrüatları yekunlaşa bilməz... Harrislə proqram hazırlamaq düzgün olmaz, çünki Demokratlar öz seçimlərini dəyişə bilərlər”.

Donald Tramp çıxışındakı iki ana mövzu ilə Harrisin immiqrant ailədən olmasına diqqət çəkib.