vaxtlı-vaxtında oxuyun! Şənbə, 21 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
ASİYA  
16:44 | 29 iyul 2024 | Bazar ertəsi Məqaləyə 132 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tayfa davasında faciə

Torpaq səbəbindən başlayan qarşıdurmada çoxlu insan ölüb

CAVİD

Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva əyalətində iki qəbilə arasında baş verən silahlı toqquşmalarda 35 nəfər ölüb, 166 nəfər yaralanıb.

“Dawn” qəzetinin məlumatına görə, rəsmilər Əfqanıstanla sərhəddə yerləşən Hayber Paxtunxva əyalətinin Kurram bölgəsində tayfalar arasında torpaq davası səbəbindən beş gün əvvəl toqquşmaların baş verdiyini bildiriblər.

Müxtəlif tayfa ağsaqqallarının müdaxiləsi ilə tərəflər arasında atəşkəsin əldə olunduğu açıqlansa da, qarşıdurma dünən axşam saatlarına qədər davam edib.

Bölgədəki yüksək gərginlik səbəbindən bütün məktəblərdə təhsil dayandırılıb və həftəsonu bazarlar bağlı qalıb. Əsas yollarda nəqliyyatın hərəkəti dayandırılıb. Yerli əhali bildirib ki, yolların bağlanması ərzaq və dərman təminatında problemlər yaradıb.

Keçən həftə torpaq davası səbəbiylə Boşehra və Məlikel tayfaları arasında başlayan mübahisələr, roketatar və raketlər də daxil olmaqla, ağır silahların istifadə edildiyi şiddətli qarşıdurmaya çevrilmişdi.