vaxtlı-vaxtında oxuyun! Şənbə, 21 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
08:11 | 7 avqust 2024 | Çərşənbə Məqaləyə 295 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yəhya Sinvar kimdir?

“HƏMAS”ın Qəzza liderliyindən siyasi büro rəhbərliyinə qədər qalxan şübhəli

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

“HƏMAS” iyulun 31-də İranın paytaxtı Tehranda öldürülən İsmayıl Haniyənin yerinə adında belə “müharibə” sözünü daşıyan (Yahya Sinwar) Yəhya Sinvarın terror təşkilatının siyasi bürosuna rəhbəri seçildiyini açıqlayıb.

Yəhya Sinvar 29 oktyabr 1962-ci ildə Qəzzanın cənubunda yerləşən Xan Yunus Qaçqınlar Düşərgəsində anadan olub.

1948-ci ildə Əsqəlalon (Aşqelon) şəhərindən olan İsmayıl Haniyə kimi Sinvar da ali təhsilini İslam Universitetinin Ərəb dili və ədəbiyyatı fakültəsində alıb.

İlk dəfə 1982-ci ildə həbs edilən və 4 ay məhbus olan Sinvar 1985-ci ildə “gizli təşkilat yaratmaq” ittihamı ilə ikinci dəfə həbs edilib.

1988-ci ildə həbs edildikdə, Sinvar 4 dəfə ağırlaşdırılmış həbs cəzasına məhkum edilmiş və ömrünün 23 ilini məhbus qaldıqdan sonra azad edilib.

2011-ci il oktyabrın 11-də HƏMAS-ın Misir vasitəsilə İsraillə imzaladığı məhbus mübadiləsi müqaviləsi çərçivəsində azad edilən Sinvar terror təşkilatının siyasi bürosunun üzvü olub.

Sinvar 2017-ci ildə HƏMAS-ın Siyasi Bürosunun rəhbəri seçilən İsmayıl Haniyəni əvəz edərək, Qəzzadakı Həmas Siyasi Bürosunun rəhbəri olub.

2021-ci ilin may ayında ərəb mətbuatında dərc olunan xəbərdə Sinvarın İsrailin hava hücumundan sağ çıxdığı bildirilirdi.

“HƏMAS”ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının ilk qurucularından sayılan Sinvar həm də HƏMAS-ın təhlükəsizlik təşkilatı adlanan Məcd Qüvvələrinin qurucusudur.

“HƏMAS”ın təhlükəsizlik məsuliyyətini üzərinə götürən Sinvar mətbuatda tez-tez adı çəkilməyən adlardan biri kimi tanınır.

Keçən may ayında dərc etdiyi videoda Beynəlxalq Ədalət Məhkəməsinin (ICJ) Baş Prokuroru Kərim Xan BCM-nin 1 saylı İlkin Araşdırma Palatasından Sinvarın həbsinə order verilməsini istəyib.

HƏMAS-ın yeni lideri Sinvarı oktyabrın 7-də törədilən terror əməliyyatına görə “bir nömrəli məsul” şübhəli kimi tanınır.