vaxtlı-vaxtında oxuyun! Şənbə, 21 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
BÖHRAN  
09:52 | 14 avqust 2024 | Çərşənbə Məqaləyə 112 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

8 ABŞ əsgəri yaralanıb

Suriyada koalisiya qüvvələrinin bazasına olan PUA hücumunun nəticəsi açıqlanıb

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) dünən (çərşənbə axşamı) ötən həftə Suriyadakı bazaya pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində 8 ABŞ hərbçisinin yaralandığını açıqlayıb. Pentaqon ilk dəfə insidentdə yaralananların sayını açıqlayıb.

“Reuters”in verdiyi məlumata görə, ABŞ ordusu və Vaşinqtonun rəhbərlik etdiyi beynəlxalq koalisiyanın qüvvələri cümə günü Rimelan yaxınlığındakı koalisiya bazasına pilotsuz təyyarələrin hücumu təsdiq edib açıqlayıb.

Pentaqonun sözçüsü Patrik Rayder dünən jurnalistlərə açıqlamasında üç əsgərin öz vəzifələrinə qayıtdığını bildirib. Səkkiz əsgər kəllə-beyin travması və tüstüdən zəhərlənmə diaqnozu ilə müalicə olunduğunu açıqlayıb.

Pentaqonun məlumatına görə, ABŞ-ın Suriyada 900, İraqda isə 2500 əsgəri yerli qüvvələrə məsləhət verir və 2014-cü ildə dəf edildikdən sonra hər iki ölkənin böyük hissəsini ələ keçirən İŞİD-in geri qayıtmasının qarşısını almağa kömək edir.

Rayder ABŞ-ın hücumun İranın dəstəklədiyi qüvvələr tərəfindən həyata keçirildiyini iddia edib və Pentaqonun bu qüvvələri müəyyən etməyə çalışdığını bildirib.