vaxtlı-vaxtında oxuyun! Şənbə, 21 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
BÖHRAN  
23:42 | 16 avqust 2024 | Cümə Məqaləyə 113 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kursk döyüşünün pərdəarxası

Hücuma qatılan Ukrayna əsgərləri ingilis ordusu ilə bir neçə günlük təlim keçib

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Britaniya mətbuatı “The Times” qəzetinin yazdığına görə, bəzi ukraynalı əsgərlər Kursk bölgəsinə hücumdan bir ay əvvəl ingilis əsgərləri ilə birlikdə təlim keçmək üçün İngiltərəyə göndərilib.

Hücuma qatılan əsgərlərin ingilis ordusu ilə bir neçə günlük təliminin əsas mövzusunun hündür binalara basqınlar olduğu bildirilib.

“Times” adı açıqlanmayan mənbəyə əsaslanan iddiada Ukrayna ordusunun hücumunun ümumiyyətlə “zəif təşkil edildiyini” və ordunun təxliyə üçün tibbi ləvazimatlara malik olmadığını vurğulayıb.

İddiada, qarşıdurmalarda istifadə edilən Qərb istehsalı silahların davamlı olaraq tutulduğu da ifadə edildi.

Avqustun 6-da Ukrayna ordusu Rusiya ərazisinin Kursk vilayətinə hücumlara başladıqdan sonra iki ordu arasında şiddətli toqquşmalar başlayıb. Rusiya Fövqəladə Hallar Nazirliyi Rusiya və Ukrayna hərbi qüvvələri arasında şiddətli toqquşmalara görə Kursk vilayətində vəziyyətin “federal fövqəladə vəziyyət” səviyyəsinə yüksəldildiyini açıqlayıb.

Nazirlik münaqişələr səbəbindən bölgədən 76 mindən çox insanın təxliyə edildiyini, ölkənin 8 müxtəlif bölgəsində 60-a yaxın müvəqqəti məskunlaşma mərkəzinin yaradıldığını açıqlamışdı.