vaxtlı-vaxtında oxuyun! Şənbə, 21 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
REGİON  
22:52 | 19 avqust 2024 | Bazar ertəsi Məqaləyə 94 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Xamneyinin göstərişlərinə uyğun olacaq”

Çin və Rusiya ilə yaxşı münasibətlər saxlamaq və Vaşinqtonla düşmənliyi idarə etmək

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Yeni hökumətdə xarici işlər naziri vəzifəsinə namizəd olan veteran diplomat Abbas Araqçı öz proqramlarını təqdim edərkən, deputatlar onun 2015-ci ildə nüvə sazişi üzrə danışıqlardakı rolunu, ali Rəhbərin tövsiyələrinə sadiqliyini və İnqilab Keşikçiləri Korpusunun (SEPAH) xarici siyasətdəki rolunu örnək aldığını bildirib. Araqçı SEPAH-ın regional xarici siyasətdə diplomatiya ilə döyüş meydanı arasında əlaqə yaratmasından məmnunluq deyib.

İran parlamenti prezident Məsud Pezeşkian tərəfindən irəli sürülən nazirlərin ixtisaslarının müzakirəsi üçün iclaslarını davam etdirib. Üçüncü və dördüncü iclaslarda deputatlar kəşfiyyat, iqtisadiyyat və səhiyyə nazirliklərinə, eləcə də xarici işlər nazirliklərinə namizədliyi irəli sürülmüş şəxslərin dosyesini müzakirə ediblər.

Araqçı regional və qlobal çağırışlar qarşısında hərtərəfli, təsirli xarici siyasət yürütəcəyini, heç bir siyasi hərəkat və ya fraksiya tərəfində olmayacağını, milli maraqları təmin edəcəyini, milli gücümüzü gücləndirəcəyini ölkənin ləyaqətini və nüfuzunu qoruyacağını vəd edib.

Rejimin sabit mövqeləri, parlamentin qanunları və aini Rəhbərin göstərişləri hər mərhələdə əsas elementlər olacağını bildirən Araqçı, “Mən parlament qarşısında məsul bir məmur olacağam və millətimin mənafeyini qoruyacağam”. Sanksiyaların ləğvi siyasətinə sadiq olduğunu ifadə edən Araqçı, danışıqları tükəndirmək tələsinə düşməyəcəyini, lakin beynəlxalq sistemdəki dəyişiklikləri şüurlu şəkildə qarşılamaq lazım olduğunu bildirib.

 

“Münaqişələrin idarə edilməsi”

 

Xarici siyasət prioritetlərini açıqlayan Araqçi, “Xarici siyasət prioritetlərimizin başında Çin və Rusiya ilə yanaşı, sanksiyalar dövründə yanımızda olan Afrika, Latın Amerikası və Şərqi Asiyada yüksələn güclər olacaq. Mehriban qonşuluq həmişə işimdə diqqət mərkəzində olacaq. Bu siyasət bundan sonra da güclü şəkildə davam edəcək və biz qonşuluqda böyük siyasi və iqtisadi imkanları reallaşdırmağa çalışacağıq”, – deyib.

 “Avropanın İrana qarşı yanlış və düşmən münasibətini düzəltmək prioritetlərimiz arasında olacaq. Nəhayət, bizim Birləşmiş Ştatlarla bağlı siyasətimiz münaqişələri aradan qaldırmaq əvəzinə, idarə etmək olacaq”.

Nüvə danışıqları ilə bağlı proqramından danışan Araqçı, “2021-ci ilin aprelində nüvə razılaşmasını canlandırmaq üçün danışıqlar başlayanda proses Strateji Fəaliyyət Qanunu və rejimin mövqelərinə əsaslanırdı. Mən o vaxtdan bu mövqelərə sadiq olduğumu nümayiş etdirmişəm. Bu məsələ ilə bağlı müzakirələr indiki hakimiyyətdə də davam edib. Müəyyən səbəblərdən danışıqları yekunlaşdırmaq mümkün olmayıb. Trampın müqavimətini qeyd etdim və o, razılaşmadan geri çəkiləndə mənim sözlərimin doğru olduğu üzə çıxdı. Gözlənildiyi kimi, ABŞ-ın Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında razılaşmanı pozmaq cəhdləri uğursuzluğa düçar oldu ki, bu da siyasətimizin düzgünlüyünü təsdiqləyir”.

 

Strateji Fəaliyyət Aktı

 

Parlamentin nüvə proqramı ilə bağlı Strateji Fəaliyyət Qanununa sadiqliyini bir daha vurğulayan Araqçı qeyd edib ki, 2021-ci ilin aprelində ABŞ nüvə sazişinə qayıtmaq istəyini ifadə edərkən İranın Ali Rəhbəri Əli Xameneyinin əsas konturlarını çəkdiyi rejimin ciddi münasibəti siyasətinin həyata keçirildiyini bildirib.

“Bizim sanksiya siyasətimiz ali dini liderin rəhbərliyinə əsaslanaraq, sanksiyaları neytrallaşdırmaqla yanaşı, həm də onları aradan qaldırmağa yönəlib. Xarici İşlər Nazirliyi sanksiyaların ləğvi ilə bağlı üzərinə düşən məsuliyyəti diqqətdən kənarda qoymayacaq və çətin danışıqları sürətləndirmədən və tələsinə düşmədən keçmiş təcrübə əsasında işləyəcək”, – deyə Arakçi bildirib.

Müqavimət oxuna (Hizbullah, husilər və s. nəzərdə tutulur – red.) və Fələstinə dəstək vermənin İranın xarici siyasətinin mühüm tərkib hissəsi olduğunu və bu yanaşmanı davam etdirəcəyini bildirən Araqçı, İranın müxtəlif sahələrdəki gücləri sayəsində bölgədəki strateji tarazlığının artdığını deyib: “Diplomatik aparat bu qazancları qorumalıdır. Parlamentdən təsdiq alsaq, müqavimət diplomatiyası 14-cü hökumətin xarici siyasətinin mərkəzində dayanacaq”. Araqçı həmçinin iranlı general Qasım Süleymanini “müqavimət oxunu hazırladığına” görə tərifləyib.

Ölkənin ümumi siyasətlərinə uyğun olaraq iqtisadi diplomatiyanı canlandıracağını vəd edən Araqçı, “Qlobal bazarlardan ədalətli pay əldə etmək üçün bütün diplomatik vasitələrdən istifadə ediləcək”, – deyib. O, həmçinin qonşu ölkələrlə əlaqələri gücləndirərkən sərhəd vilayətlərinə diqqət yetirən “sərhəd diplomatiyası”nın vacibliyini vurğulayıb.

***

Xarici işlər naziri namizədi Abbas Araqçı kürsüyə çıxmazdan əvvəl İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsi onun proqramları və xarici əlaqələr portfelinə uyğunluğunun təsdiq edildiyini açıqlayıb.

Komissiya sözçüsü İbrahim Rəzai, “Bunun təsdiqinin ən mühüm səbəblərindən biri, diplomatiya və sahənin tam tarazlığı və koordinasiyası ilə hərtərəfli, təsirli diplomatiyadır”, – deyib. Xüsusilə SEPAH-ın DMO-nun regional fəaliyyətlərinə tanınan isminə üstüörtülü eyham edib.

Rəzai deyib ki, Araqçının proqramlarına Avropa ilə ciddi, praqmatik və fürsətci şəkildə münasibət qurmaq, BMT Təhlükəsizlik Şurasında İrana qarşı təhlükəsizlik konsensusunun bərpasına mane olmaq və məqsədli və həddən artıq uzanmayan danışıqlar yolu ilə ləyaqətli şəkildə sanksiyaları ləğv etmək daxildir.

İran parlamentinin internet saytına verdiyi açıqlamada Rəzai, “Araqçının nöqteyi-nəzərindən müqavimət oxu bizim gücümüzün ünsürlərindən biridir və o, bölgədə və dünyada bu oxu dəstəkləməkdə qərarlıdır”, – deyib.

 

Tərəfdarlar və müxaliflər

 

Keçmiş Xarici İşlər Naziri və hazırkı parlament üzvü Manuçöhr Möttəki Arakçıya səs verməyə çağırıb və səsvermənin beynəlxalq əhəmiyyət kəsb etdiyini vurğulayıb. Möttəki Araqçını müdafiə edərkən Xarici İşlər Nazirliyində Araqçıdan daha bilikli və müasir birini tanımadığını və bu nazirlik üçün mümkün olan ən yaxşı seçim olduğuna inandığını söyləybi.

Araqçıyönlü deputatlar parlamentin nüvə proqramı ilə bağlı qanuna riayət etməsindən, eləcə də SEPAH-ın regional fəaliyyətlərini dəstəkləmək və raket proqramı ilə bağlı danışıqlara getməmək əzmindən məmnun olduqlarını bildiriblər.

Lakin anti-Arakçı millət vəkilləri onun 2015-ci il nüvə sazişi ilə bağlı danışıqlarına və keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zəriflə işinə diqqət yetiriblər. Mühafizəkar deputat Əmir Hüseyn Sabiti Munferid “Təhlükəli oyun başlayıb. Biri dedi ki, Araqçı nazir olmalıdır və Milli Təhlükəsizlik Komissiyasının sözçüsü bizdən bütün nazirlərə səs verməmizi istədi. Bu hansı məntiqdir? Əgər belədirsə, parlamenti bağlayın. Parlamenti əvvəldən neytrallaşdırmaq istəyirsiniz? İmam Xomeyninin hər şeyin başçısı dediyi parlament budurmu?”, – deyib.

İranda nüvə sazişinin ən görkəmli əleyhdarı, prezidentliyə namizəd Səid Cəlilinin müttəfiqi olan Sabiti nüvə sazişini “çox zərərli” adlandırıb: “Niyə Araqçı indi Cavad Zərifdən uzaqlaşmaq istədiyini bəyan edir”, – deyə sual edib. Deputat Meysem Zuhurian Araqçının “hələ də insanların həyatını əcnəbilərin iradəsinə bağlayan sistemin bir parçası olmaq istəyir”, – sualını soruşub. Zuhurian, “Araqçı Zərif olmadığını bildirdi. Düşünürəm ki, bu yaxşı haldır, lakin bu fərqi və fərqlərin harada olduğunu açıq şəkildə bildirmək daha yaxşı olardı. Çünki 2013-cü ildən 2021-ci ilə qədər bu, cənab Zərifin bir-birini tamamlayan obrazı kimi görünürdü.

Parlament üzvü Məhəmməd Rza Əhmədi “ABŞ nüvə sazişindən çıxıb, İran isə bütün öhdəliklərinə sadiq qalıb. Xarici işlər nazirinin fonunda istedad və güc olmalıdır, lakin Araqçı danışıqlar qrupunun rəhbəri olarkən çox şeyi nəzərə almırdı”, – deyib.

Rza Əhmədi Araqçı və Həsən Ruhani hökumətini Strateji Fəaliyyət Qanunundan yayınmağa çalışmaqda günahlandıraraq, “Siz çoxlu bəhanələr gətirdiniz, onları həyata keçirmədiniz və nüvə anlaşmasının mətnində lazımi həssaslıq göstərmədiniz”, – deyib.

“Nə üçün nüvə sazişini Trampa bizim heç bir şey etmədən sazişdən çıxarkən onu ləğv etməyə imkan verəcək şəkildə yazdınız? Müqavilənin bizə ciddi mənfi təsirləri olduğunu söyləmək olar. Biz Araqçıya necə səs verək ki, o, gülüş diplomatiyasını davam etdirməsin? Danışıqlar zamanı Araqçının müsbət qeydi yoxdur. Daxili məsələlər xaricə bağlanmadan həll edilməlidir”.

Millət vəkili Məhəmməd Rza Sabbagian nüvə sazişini tənqid edərək, “Niyə birtərəfli nüvə sazişini imzalayıb həyata keçirdiniz, qarşı tərəf isə razılaşmadan çıxdı və onu həyata keçirmədi? Trampın sazişdən çıxdığını söyləmək düzgün deyil”, – deyib.

Millət vəkili Hadi Kavvami, “Parlamentin Araqçıya böyük səs verməsi dünyaya mühüm mesaj verir”, – deyərək, Araqçının ABŞ ilə düşmənçiliyi idarə etmək və onun düşmənçilik siyasətlərinə qarşı çıxmaq planlarına toxunub.

Deputat Əhəd Azadi Havah, “Araqçının İranla uyğun gələn 15 qonşu ölkə üçün yaxşı proqramları var”, – deyib. Araqçının SEPAH-dakı keçmişinə toxunan Havah, “O, 1980-ci illərdə müharibə zamanı zabit olub. O, sanksiyaların qarşısını almağa və hökumətlə sahə arasında qarşılıqlı əlaqə yaratmağa çalışır”, – vurğulayıb.