vaxtlı-vaxtında oxuyun! Şənbə, 21 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
REGİON  
11:14 | 21 avqust 2024 | Çərşənbə Məqaləyə 192 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İranda avtobus aşıb

28 nəfər ölüb, 23-si yaralanıb

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Kərbəla şəhərində Ərbəin mərasimlərində iştirak etmək üçün İran üzərindən İraqa gedən pakistanlıları daşıyan avtobusun aşması nəticəsində 28 nəfər ölüb, 14-ü ağır olmaqla 23 nəfər yaralanıb.

İran dövlət televiziyasının məlumatına görə, avtobus Yəzd əyalətinin Dehşir-Teft magistralında aşıb.

Yəzd vilayəti yol polisinin direktoru, polkovnik Hacı Dehabadi bildirib ki, ilkin araşdırmalara görə, qəzaya avtomobilin əyləc sistemindəki nasazlıq səbəb olub.

Bildirilib ki, avtobusda olan 51 pakistanlı İraqın Kərbəla şəhərində keçirilən Ərbəin mərasimlərində iştirak etmək üçün gedirmiş.

10 oktyabr 680-ci ildə (hicri təqvimi ilə 61-ci il məhərrəm ayının 10-u) Məhəmməd peyğəmbərin nəvəsi imam Hüseyn və səhabələrinin Kərbəla şəhərində şəhid olması hər il “Aşura günü”ndə anılır. Aşura günündən 40 gün sonra keçirilən anım tədbirləri “Ərbəin” (qırxıncı gün) mərasimləri adlanır. Builki Ərbəin tədbirləri avqustun 25-də keçiriləcək.