ABŞ hərbi gəmisi Tayvan boğazından keçib
Çin ordusu hərəkəti əvvəldən-axıradək izləyib
CAVİD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
ABŞ-dan İrana yeni sanksiyalar
SEPAH üzvləri və həbsxana rəsmilərinin olduğu 12 nəfərlik siyahı
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
... 9 ABŞ şirkətinə sanksiya
Tayvana silah satışına görə...
-
Pentaqon qoşun göndərdi
Arktikada ABŞ-Rusiya rəqabəti güclənir
-
PUA-larda süni intellekt
Alyans kvant texnologiyasına üstünlük verib
-
Şübhəli zərf həyəcanı
17 ştata içərisində şübhəli maddə olan məktublar göndərilib
-
30 nəfər ölüb
Mafiya müharibələrində ölkə qan gölünə çevrildi
-
Məşhurlardan Kuba çağırışı
Bir çox keçmiş dövlət başçıları və tanınmış simalar Bayden məktub yazıb
-
20 ildir ailəsini görmürdü
Çin 2006-cı ildən həbsdə olan amerikalı keşişi azad edib
-
Kreml nüvə silahına əl atarsa, ...
Biz taktiki nüvə silahları haqqında nə bilirik, Rusiya bunlardan istifadə edirmi?
-
Rusiya-ABŞ-Qərb tənliyi dağılmaq ərəfəsindədir
Münaqişə və məqsədlər artıq taktiki deyil, status və hətta mövcudluqla bağlıdır
-
“Reklam müharibəsi”
Tramp və Harris kampaniyalarının məbləğinin 10 milyardı keçəcəyi gözlənilir
-
Rusiyadan Qərbə “səbir tükənir” xəbərdarlığı
London isə Putini zorakılıqda ittiham edir
-
75 ilin ən güclüsü
Bebinca tayfunu 25 milyonluq şəhəri iflic edib
-
Trampın ətrafında silah səsləri
Bu dəfə ABŞ-ın keçmiş prezidentinin qolf oynadığı klubun yaxınlığından gəlib
-
“Fransa III Dünya müharibəsindən qorxur”
Rusiyanın nüvə silahını işə sala biləcəyini vurğulayan açıqlamaları Qərbdə narahatlıq yaradıb
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisinin Tayvan boğazından keçdiyi bildirilib. ABŞ-ın Sakit Okeandakı 7-ci Donanması tərəfindən verilən açıqlamada, “Arleigh Burke” sinifli idarə olunan raket daşıyan “USS Johnson” gəmisinin beynəlxalq hüquqa uyğun olaraq açıq dənizdə naviqasiya və yerüstü uçuş sərbəstliyin olduğu Tayvan boğazında sularından ənənəvi bir keçid etdiyi ifadə edildi”.
Açıqlamada gəminin Boğazla həmsərhəd olan ölkələrin heç birinin ərazi sularında olmayan bir dəhlizdən istifadə etdiyi vurğulanıb və “USS Johnson”un Tayvan boğazından keçməsi ABŞ-ın prinsipcə bütün ölkələr üçün naviqasiya azadlığının qorunması öhdəliyinin bir göstəricisidir”.
“Beynəlxalq cəmiyyətin heç bir üzvü öz hüquq və azadlıqlarından imtina etməyə məcbur edilməməlidir. ABŞ Silahlı Qüvvələri beynəlxalq hüququn icazə verdiyi hər yerdə uçmağa, üzməyə və fəaliyyət göstərməyə davam edəcək”, – bəyanatda deyilir.
Tayvan Boğazının yerləşdiyi bölgəyə cavabdeh olan Çin Xalq Azadlıq Ordusunun Şərq Cəbhəsi Komandanlığının sözçüsü, polkovnik Li Ksi açıqlamasında ABŞ hərbi gəmisinin kurs boyu Çin Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri tərəfindən nəzarətdə saxlanıldığı deyilib: “Onun keçidi əvvəldən axıra qədər izlənilirdi”.
Sözçü Li deyib ki, “qoşunlar həmişə sayıq qalacaq və milli suverenliyi və təhlükəsizliyi, eləcə də regional sülh və sabitliyi qətiyyətlə qoruyacaq”, – deyib.
Tayvan Müdafiə Nazirliyi gəminin keçdiyini təsdiqləyib və boğaz ətrafındakı sularda və hava məkanında “qeyri-adi vəziyyətin müşahidə olunmadığını” bildirib.
ABŞ Hərbi Dəniz Qüvvələrinin idarə olunan “USS Halsey” gəmisi sonuncu dəfə mayın 8-də Tayvan boğazından keçmişdi.
Tayvan adasını öz ərazisi, boğazı isə ərazi suları hesab edən Çin ABŞ Hərbi Dəniz Qüvvələrinin bölgədəki naviqasiya və kəşfiyyat fəaliyyətinə qarşıdır. Bu cür hərəkətlər iki ölkə arasında gərginliyə səbəb olur.