vaxtlı-vaxtında oxuyun! Şənbə, 21 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
00:46 | 23 avqust 2024 | Cümə Məqaləyə 228 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bir həftədə 21 hücum əməliyyatı

Raketlər, PUA-lar, qayıqlarla ...

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Yəməndə İranın dəstəklədiyi husilər son bir həftə ərzində raketlər, pilotsuz uçuş aparatları (PUA) və donanma qayıqlarından istifadə etməklə İsrail, ABŞ və İngiltərəyə məxsus gəmilərə 21 hücum həyata keçirdiklərini açıqlayıblar.

Husilərin lideri Əbdülməlik əl-Husi televiziyada yayımlanan çıxışında “Qəzzaya dəstək əməliyyatları”nın balansı haqqında məlumat verib. Husi son bir həftə ərzində ballistik və qanadlı raketlər, PUA və hücum qayıqları ilə ABŞ, İngiltərə və İsrailə bağlı gəmilərə qarşı hərbi əməliyyatlar həyata keçirdiklərini bildirib.

Husi lideri çıxışında Qəzzaya dəstək əməliyyatlarının davam edəcəyini vurğulayıb.

***

İranın dəstəklədiyi Yəməndəki husilər 31 oktyabr 2023-cü il tarixindən etibarən İsrailin Qəzzaya hücumlarına reaksiya olaraq İsrail şirkətlərinə bağlı olduqlarını iddia etdikləri Yəmən sahillərində ticarət gəmilərini ələ keçirib və bəzilərinə pilotsuz uçuş aparatları və raketlərlə hücum edirlər.

Husilərin hərəkətlərindən sonra bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki səyahətlərini dayandırmaq qərarına gəlib.

ABŞ 18 dekabr 2023-cü il tarixində bir qrup ölkənin iştirakı ilə Husi qüvvələrinə qarşı qlobal dəniz ticarəti təhlükəsizliyinin təhlükə altında olduğunu əsas gətirərək “Rəfahın Mühafizəçisi” adlı çoxmillətli “dəniz işçi qrupu”nun yaradıldığını açıqlayıb.

ABŞ qüvvələri bu müddət ərzində dəfələrlə Yəməndən atılan raketləri və kamikadze dronları vurduqlarını bildirib.

Avropa Birliyi (AB) fevralın 19-da Qırmızı dənizdə naviqasiya təhlükəsizliyi üçün “Aspides” missiyasını işə saldığı halda, İtaliya martın 5-də parlamentin qərarı ilə bu missiyaya qoşularaq taktiki komandanlığı öz üzərinə götürüb.

Qlobal ticarətin təxminən 12 faizi Aralıq dənizini Qırmızı dənizə birləşdirən və Avropa ilə Asiya arasında ən qısa marşrutu təklif edən Süveyş kanalı vasitəsilə həyata keçirilir.