vaxtlı-vaxtında oxuyun! Şənbə, 21 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
AVROPA  
23:12 | 24 avqust 2024 | Şənbə Məqaləyə 224 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Vaqner” qrupuna aid vəsiqə

Motosiklet qəzasına düşən digər rusiyalının üzərindən isə tapança çıxıb

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Uzun müddətdir Yunanıstanda yaşayan Rusiya vətəndaşının üzərində Vaqner qrupuna aid vəsiqəsi olduğu məlum olub. Yunanıstanın “in.gr” xəbər saytının xəbərinə görə, avqustun 21-də paytaxt Afinada motosiklet qəzası nəticəsində yaralanan iki rusiyalı xəstəxanaya aparılıb.

Müalicə altında olan və uzun illər Yunanıstanda yaşayan Rusiya vətəndaşlarından birinin üzərində rus muzdluları dəstəsi Vaqnerə məxsus vəsiqə tapılıb. Digər yaralı rusiyalının üzərində isə “Walther P-22” tapançası çıxıb.

Xəbərdə polis qaynaqlarının verdiyi məlumata görə, immiqrant qaçaqmalçılığı ilə bağlı cinayət keçmişi olan iki Rusiya vətəndaşı dostlarının onlara Vaqner kartını verdiyini iddia edib.

Polis, sözügedən şəxslərin Vaqner qrupu ilə əlaqələrinin hələ tam olaraq müəyyən edilmədiyini bildirib.