Fransa “Telegram”ın rəhbərini həbs edib
Şəxsi təyyarəsi ilə Azərbaycandan Parisə uçan Durov hava limanında saxlanılıb
ELŞAD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Makronu devirmək üçün ilk addım
Fransanın radikal solçuları hücuma keçib
-
Makrona bəd xəbər
İmpiçment qanun layihəsi parlament komissiyasında müzakirəyə çıxarılacaq
-
La-Manş boğazında faciələr bitmir
Qayığın batması nəticəsində 8 qanunsuz miqrant ölüb
-
“Fransa III Dünya müharibəsindən qorxur”
Rusiyanın nüvə silahını işə sala biləcəyini vurğulayan açıqlamaları Qərbdə narahatlıq yaradıb
-
MAQATE-də İran müzakirələri
Qərb Tehranın nüvə silahları əldə etməsinə mane olmaqda qərarlıdır
-
4 alpinistin cəsədi tapılıb
Mont Blan dağına qalxarkən itkin düşmüşdülər
-
110 min nəfərlik etiraz yürüşü
Fransada Makron əleyhinə nümayişlər getdikcə kütləviləşir
-
Fransızlar küçələrə axışdı
Makronun Barnieri baş nazir təyin etməsi xalqın kütləvi etirazlarına səbəb oldu
-
Le Pendən asılı olan Makron
Radikalların yüksəlişini dayandırmaq üçün parlament buraxan prezidentin baş naziri ifrat sağın nəzarətindədir
-
“İttihamlar təəccüblü idi”
“İdarə etdiyi platformada insanların törətdiyi cinayətlərə görə baş direktoru günahlandırmaq düzgün deyil”
-
Makron tutduğunu buraxmadı
Fransa prezidenti solçuların vahid namizədini imtina edib və sağçı Barnieri baş nazir qoydu
-
Solçu ittifaqdan Makrona ittiham
“Ölkəni özünün qurduğu çıxılmaz vəziyyətə sürükləyir”
-
... Hökumət yoxdur
Dövlət borcu xirtdəyə dirənən Fransada bu ay büdcə tərtib olunmalıdır, amma ...
-
Makronu girələyən əcəl
Fransa prezidentinin impiçmenti ilə bağlı 186 mindən çox imza toplanıb
-
Ən ölümcül miqrant qəzası
La-Manş boğazında daha bir qayıq batıb
-
Makrona solaxay şapalaq
Solçular “Makronizmin” məhvi üçün keçmiş Sosialist Partiyası üzvünün baş nazirliyini rədd edir
Fransanın TF1 və BFM telekanallarının anonim mənbələrə əsaslanaraq verdiyi xəbərə görə, “Telegram” mesajlaşma proqramının qurucusu və baş direktoru Pavel Durov dünən (avqustun 24-də) Fransanın paytaxtı Paris yaxınlığındakı Le Burje hava limanında həbs edilib.
TF1 öz internet saytında Durovun şəxsi təyyarəsi ilə səyahət etdiyini və Fransada axtarış qərarı olduğunu bildirib.
Kanallar bildirdilər ki, araşdırma “Telegram”da moderatorların olmamasına yönəlib və polis bunun mesajlaşma proqramında cinayət fəaliyyətinin yoxlanılmadan davam etməsinə imkan verdiyinə inanır.
“Telegram” rəsmiləri “Reuters”in sorğusuna dərhal cavab verməyib. Fransa Daxili İşlər Nazirliyi və polisindən də heç bir açıqlama verilməyib.
TF1 Durovun Azərbaycandan getdiyini və saat 20:00 (GMT 18:00) radələrində həbs edildiyini bildirib.
Rusiya əsilli Durov Dubayda yerləşən “Telegram” tətbiqini təsis edib. Durov 2014-cü ildə satdığı sosial media platforması VK-da müxalifət qruplarının bağlanması tələblərini yerinə yetirməkdən imtina etdikdən sonra Rusiyanı tərk edib.
“Forbes” jurnalı tərəfindən sərvəti 15,5 milyard dollar olaraq qiymətləndirilən Durov bəzi hökumətlərin ona təzyiq göstərməyə çalışdığını, lakin hazırda 900 milyon aktiv istifadəçisi olan proqramın geosiyasi vəziyyətdə “neytral platforma” qaldığını söyləyib”.