vaxtlı-vaxtında oxuyun! Şənbə, 21 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
15:01 | 26 avqust 2024 | Bazar ertəsi Məqaləyə 102 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hücumlar gərginliyi artırdı...

Hərbi təyyarələr havaya qalxdı

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Polşa Rusiyanın Ukraynaya qarşı hava əməliyyatlarını artırdığı bir vaxtda ölkənin cənub-şərqinə hərbi təyyarələr göndərdiyini açıqlayıb.

Polşa xəbər agentliyi PAP-ın məlumatına görə, Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı Rusiyanın “Tu-95” tipli bombardmançı təyyarələrinin havaya qalxmasından sonra açıqlama verib. Açıqlamada Rusiyanın Ukraynaya qarşı artan hava fəaliyyətlərinə cavab olaraq Polşa təyyarəsinin ölkənin cənub-şərqindən çıxarıldığı bildirilib.

Açıqlamada təhlükəsizliyin təmin edilməsi üçün bütün lazımi tədbirlərin görüldüyü bildirilib, bölgədə səs-küy səviyyəsində artım ola biləcəyi ilə bağlı xəbərdarlıq edilib.

Bildirilib ki, Rusiyanın “Tu-95” tipli bombardmançı təyyarələrinin havaya qalxması ilə əlaqədar bütün Ukrayna ərazisində hava hücumlarına qarşı həyəcan siqnalları çalmağa başlayıb. Xarkov vilayətinin Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov sosial şəbəkədəki hesabında Rusiya ordusunun Xarkova hücuma keçdiyini açıqlayıb.

Ukrayna mediası da ölkənin bəzi bölgələrində partlayış səslərinin eşidildiyini bildirib.