vaxtlı-vaxtında oxuyun! Şənbə, 21 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
AVROPA  
00:47 | 28 avqust 2024 | Çərşənbə Məqaləyə 81 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Çətin olacaq”

Böyük Britaniya Baş naziri Starmerin büdcə açıqlaması

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Böyük Britaniyanın Baş naziri Keir Starmer Baş nazirlik bağçasındakı çıxışında oktyabrın 30-da təqdim edilməsi planlaşdırılan büdcədə vergi artımı və xərclərdə azalmaların qarşısını almağın mümkün olmayacağını diqqətə çatdırıb.

Starmer, oktyabrda təqdim ediləcək büdcənin “uzunmüddətli yaxşılıq üçün çətin qərarlar daşıyacağını edəcəyini”, – söyləyib.

İngilislərin ölkə üçün “uzun müddətli yaxşılıq üçün qısa müddətli ağrıları qəbul etmək məcburiyyətində qalacağını və sizə qarşı dürüst olacağam, oktyabrda təqdim olunacaq büdcə ağrılı olacaq”, – deyib.

Əvvəlki 14 illik mühafizəkar hökumətdən “yalnız iqtisadi bir qara dəlik deyil, sosial qara dəlik” miras aldığını vurğulayan Starmer, ölkənin təməllərini gücləndirmək üçün “sərt addımlar” atmaq lazım olduğunu söylədi.

Baş nazir Starmer, maliyyə naziri Reyçel Rivesin oktyabrın 30-da açıqlayacağı büdcədə nələrin baş verəcəyi ilə bağlı təfərrüatları açıqlamasa da, onun çıxışı vergi artımının və xərclərin azaldılmasının bariz əlaməti hesab edildi.

Normal vaxtlarda yeni hökumət hakimiyyətə gəldikdən sonra atacağı ilk addımları dəyərləndirmək üçün 100 gün gözlədiyi halda, iyulun əvvəlində seçilən İşçi Partiyasının erkən addımlar atması da diqqət çəkib.