vaxtlı-vaxtında oxuyun! Şənbə, 21 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
09:52 | 30 avqust 2024 | Cümə Məqaləyə 185 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Durovun Fransa vətəndaşlığı qalmaqalı

Makron “Telegram” qurucusu barədə qərarını müdafiə edir

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Fransa prezidenti Emmanuel Makron dünən (avqustun 29-u) ötən həftəsonu Fransada saxlanılan “Telegram”ın qurucusu Pavel Durova Fransa vətəndaşlığı verilməsi barədə açıqlama verib.

Serbiyaya səfəri zamanı Makron 2021-ci ildə rus əsilli Durova Fransa vətəndaşlığı verilməsi ilə bağlı qəbul edilən qərarı tam dəstəklədiyini bildirib.

“France-Presse” agentliyinin məlumatına görə, Fransa prezidenti Durova fransız dilini öyrənmək üçün səy göstərən və dünyada parlayan insanlarla bağlı strategiya nəticəsində Fransa vətəndaşlığı verildiyini vurğulayıb.

Fransa ədliyyəsi dörd gün əvvəl olunan Durovu proqramında qeyri-qanuni məzmun ittihamı ilə mümkün dinləməni gözləyərək avqustun 28-də girov müqabilində sərbəst buraxıb.

Rusiya, Fransa və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlığına sahib olan 39 yaşlı rus əsilli Durov 900 milyondan çox izləyicisi olan, lakin getdikcə mübahisələrə sosial platformasında ekstremist və qeyri-qanuni məzmunları bloklamadığına görə bir sıra ittihamlarla üzləşib.