300-dən 100-ü
Rus muzdluları Kurski müdafiə etmək üçün Burkina-Fasonu tərk edir
CAVİD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Pentaqon qoşun göndərdi
Arktikada ABŞ-Rusiya rəqabəti güclənir
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Sanksiyalara qarşı əməkdaşlıq
Pezeşkiandan Kremlə çağırış
-
Kiyev üçün ölüm-qalım dilemması
Rusiya-Ukrayna müharibəsində ölən və yaralananların sayı 1 milyona çatıb
-
Rusiya Ukrayna taxılından necə pul qazanır?
Türkiyə işğal olunmuş ərazilərdən çıxan gəmiləri qəbul etmədiyini bəyan edib
-
Kreml nüvə silahına əl atarsa, ...
Biz taktiki nüvə silahları haqqında nə bilirik, Rusiya bunlardan istifadə edirmi?
-
Rusiya-ABŞ-Qərb tənliyi dağılmaq ərəfəsindədir
Münaqişə və məqsədlər artıq taktiki deyil, status və hətta mövcudluqla bağlıdır
-
Rusiya hərbçi sayı 180 min artdı
Müharibə rus əsgərlərin kütləvi ölüm yerinə çevrilib
-
“Reklam müharibəsi”
Tramp və Harris kampaniyalarının məbləğinin 10 milyardı keçəcəyi gözlənilir
-
Rusiyadan Qərbə “səbir tükənir” xəbərdarlığı
London isə Putini zorakılıqda ittiham edir
-
“Fransa III Dünya müharibəsindən qorxur”
Rusiyanın nüvə silahını işə sala biləcəyini vurğulayan açıqlamaları Qərbdə narahatlıq yaradıb
-
G7-dən İrana qınaq
“Beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır”
-
“Bizi aldadıb işləməyə məcbur etdilər”
Rusiya ordusuna qatılan 4 hindistanlı ölkələrinə qayıdıb
-
“Həsiri basma, dolan gəl”
Bayden Britaniya və Fransa raketlərinin ABŞ texnologiyası ilə istifadəsini dəstəkləyir, amma ...
-
ABŞ tərəddüd edir, Britaniya hazırdır
Vaşinqton və London Putinin təhdidlərini rədd edirlər
Rusiya muzdlularının bir müddət əvvəl yerləşdikləri Burkina-Fasonu tərk edərək, Ukrayna qüvvələrinin hücumuna məruz qalan Kursk şəhərini müdafiə etmək üçün ölkəyə qayıtdıqları bildirilir.
“France-Presse” Agentliyinin məlumatına görə, Ayı briqadasının komandiri Viktor Yermolayev dünən (avqustun 30-da) “Telegram” kanalı vasitəsilə verdiyi açıqlamada Fransanın “Le Monde” qəzetinin bəzi döyüşçülərinin Rusiyaya döyüşmək üçün qayıtması xəbərini təsdiqləyib.
Cedi ləqəbli komandir deyib: “Ukraynalıların müharibəni seçdiyini gördük. Müharibə bizim peşəmizdir. Rus döyüşçüsü üçün vətəni müdafiə etməkdən böyük şərəf yoxdur”.
Bir neçə gün əvvəl “Ayı Briqadası” “Teleqram” vasitəsilə yaydığı açıqlamada son hadisələrlə əlaqədar briqadanın 2014-cü ildə Rusiya tərəfindən ilhaq edilmiş Krıma qayıtdığını bildirmişdi.
Öz ərazisinin şərqində irəliləyən rus qüvvələrinə qarşı aylarla geri çəkilən Ukrayna avqustun 6-da Kursk sərhəd bölgəsində görünməmiş genişmiqyaslı hücuma keçərək müharibəni Rusiya ərazisinə apardı.
Davam edən hücum İkinci Dünya müharibəsindən bəri öz torpaqlarında bu qədər çox düşmən qüvvəsi görməyən Rusiyanı təəccübləndirdi.
Qərb təhlükəsizlik mənbəsi bəyan edib ki, təxminən 300 muzdludan 100-ü Burkina-Fasonu tərk edib. Bu rəqəmi Cedi də təsdiqləyib.
“Onlardan bəziləri, əlbəttə ki, qalacaq. Bizim bazalarımız, mülklərimiz, avadanlıqlarımız və sursatlarımız var. Biz hər şeyi buraxıb Rusiyaya qaytarmayacağıq”, – Cedi deyib.