Madriddən Kiyevə veto
İspaniya Ukraynaya göndərdiyi silahların Rusiya ərazisində istifadəsinə icazə vermir
CAVİD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Pentaqon qoşun göndərdi
Arktikada ABŞ-Rusiya rəqabəti güclənir
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Sanksiyalara qarşı əməkdaşlıq
Pezeşkiandan Kremlə çağırış
-
Kiyev üçün ölüm-qalım dilemması
Rusiya-Ukrayna müharibəsində ölən və yaralananların sayı 1 milyona çatıb
-
Rusiya Ukrayna taxılından necə pul qazanır?
Türkiyə işğal olunmuş ərazilərdən çıxan gəmiləri qəbul etmədiyini bəyan edib
-
Kreml nüvə silahına əl atarsa, ...
Biz taktiki nüvə silahları haqqında nə bilirik, Rusiya bunlardan istifadə edirmi?
-
Rusiya-ABŞ-Qərb tənliyi dağılmaq ərəfəsindədir
Münaqişə və məqsədlər artıq taktiki deyil, status və hətta mövcudluqla bağlıdır
-
Rusiya hərbçi sayı 180 min artdı
Müharibə rus əsgərlərin kütləvi ölüm yerinə çevrilib
-
“Reklam müharibəsi”
Tramp və Harris kampaniyalarının məbləğinin 10 milyardı keçəcəyi gözlənilir
-
Rusiyadan Qərbə “səbir tükənir” xəbərdarlığı
London isə Putini zorakılıqda ittiham edir
-
“Fransa III Dünya müharibəsindən qorxur”
Rusiyanın nüvə silahını işə sala biləcəyini vurğulayan açıqlamaları Qərbdə narahatlıq yaradıb
-
G7-dən İrana qınaq
“Beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır”
-
“Bizi aldadıb işləməyə məcbur etdilər”
Rusiya ordusuna qatılan 4 hindistanlı ölkələrinə qayıdıb
-
“Həsiri basma, dolan gəl”
Bayden Britaniya və Fransa raketlərinin ABŞ texnologiyası ilə istifadəsini dəstəkləyir, amma ...
-
ABŞ tərəddüd edir, Britaniya hazırdır
Vaşinqton və London Putinin təhdidlərini rədd edirlər
İspaniyanın müdafiə naziri Marqarita Robles Ukraynaya göndərdikləri silahların Rusiya ərazisində istifadəsinə icazə verməyəcəklərini bildirib. Robles dünən (avqustun 30-da) Brüsseldə keçirilən Avropa Birliyi (AB) müdafiə nazirlərinin toplantısından sonra mətbuata açıqlamalar verib.
Robles, “İspaniyanın Ukraynaya göndərdiyi, Rusiya ərazisinə hücum ehtimalını nəzərə almağa imkan verməyən müdafiə məqsədli silah və materiallardır. İspaniya digər ölkələrin qəbul etdiyi qərarlara və Ukraynanın mövqeyinə hörmət edir, lakin bu istifadə İspaniyanın göndərdiyi materialdan (Rusiya ərazisinə hücum) söhbət gedə bilməz”, – deyib.
İspaniyanın müdafiə naziri də Ukrayna əsgərlərinin öz ölkələrində təhsil almasına qarşı olduqlarını bir daha təkrarlayıb və ilin sonuna qədər təlim alacaq 6 min Ukrayna əsgərinin yalnız İspaniyada təhsil alacağını qeyd edib.
Avropa Birliyinin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosef Borrell, AB ölkələrindən Ukraynaya göndərilən hərbi materialların Rusiya ərazisinə hücum məqsədi ilə istifadə edilməsinə müsbət yanaşdığını açıqlamışdı.
Borrell dünən mətbuata verdiyi açıqlamada, “Ukraynaya verilən silahların Rusiya ərazisi daxilindəki hədəflərdə istifadə oluna bilməsi Rusiya ilə müharibə edəcəyimiz anlamına gəlmir. Bu, şişirtmədir”, – deyib.
Digər tərəfdən İspaniya mətbuatı İspaniyanın qərarının Hollandiya və Estoniya kimi digər Aİ ölkələrinin münasibəti ilə ziddiyyət təşkil etdiyini yazıb.