vaxtlı-vaxtında oxuyun! Şənbə, 21 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
REGİON  
11:44 | 1 sentyabr 2024 | Bazar Məqaləyə 93 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sanksiyadəlici “Hektor”

İranın neft “imperiyasını” Şamxaninin oğlu idarə edir

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

“Bloomberg” xəbər agentliyi “Gizli Tacir Hektor” ləqəbli “İranın neft ticarətinin qlobal lideri”nin kimliyini müəyyən edib.

“Bloomberg”in saytında yer alan xəbərə görə, bu şəxs İranın ali dini lideri Əli Xameneyinin baş məsləhətçilərindən olan Əli Şəmxaninin oğlu Hüseyn Şəmxanidir. Agentlik öz xəbərlərində Hüseyn Şamxaninin İran və Rusiyanın böyük həcmdə qlobal xam neft ixracını idarə edən bir imperatora çevrildiyini iddia edib.

Xəbərə görə, qlobal enerji bazarlarında neft alveri ilə məşğul olan çox az adam bu adamın Əli Şəmxaninin oğlu olduğunu bilir və ona “Hektor” deyir.

Xəbərdə Hüseyn Şəmxaninin idarə etdiyi şirkətlər qrupunun sanksiyalara məruz qalmayan ölkələr vasitəsilə neft və neft-kimya məhsulları satdığı, bəzən isə müxtəlif ölkələrin xam nefti ilə qarışdıraraq alıcıların mənşə ölkəsini öyrənməsini çətinləşdirdiyi də vurğulanıb.