Kreml nüvə doktrinasını dəyişdirir?
Vaşinqton Ukrayna münaqişəsində birbaşa iştirak etməkdə ittiham olunur
CAVİD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Pentaqon qoşun göndərdi
Arktikada ABŞ-Rusiya rəqabəti güclənir
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Sanksiyalara qarşı əməkdaşlıq
Pezeşkiandan Kremlə çağırış
-
Kiyev üçün ölüm-qalım dilemması
Rusiya-Ukrayna müharibəsində ölən və yaralananların sayı 1 milyona çatıb
-
Rusiya Ukrayna taxılından necə pul qazanır?
Türkiyə işğal olunmuş ərazilərdən çıxan gəmiləri qəbul etmədiyini bəyan edib
-
Kreml nüvə silahına əl atarsa, ...
Biz taktiki nüvə silahları haqqında nə bilirik, Rusiya bunlardan istifadə edirmi?
-
Rusiya-ABŞ-Qərb tənliyi dağılmaq ərəfəsindədir
Münaqişə və məqsədlər artıq taktiki deyil, status və hətta mövcudluqla bağlıdır
-
Rusiya hərbçi sayı 180 min artdı
Müharibə rus əsgərlərin kütləvi ölüm yerinə çevrilib
-
“Reklam müharibəsi”
Tramp və Harris kampaniyalarının məbləğinin 10 milyardı keçəcəyi gözlənilir
-
Rusiyadan Qərbə “səbir tükənir” xəbərdarlığı
London isə Putini zorakılıqda ittiham edir
-
“Fransa III Dünya müharibəsindən qorxur”
Rusiyanın nüvə silahını işə sala biləcəyini vurğulayan açıqlamaları Qərbdə narahatlıq yaradıb
-
G7-dən İrana qınaq
“Beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır”
-
“Bizi aldadıb işləməyə məcbur etdilər”
Rusiya ordusuna qatılan 4 hindistanlı ölkələrinə qayıdıb
-
“Həsiri basma, dolan gəl”
Bayden Britaniya və Fransa raketlərinin ABŞ texnologiyası ilə istifadəsini dəstəkləyir, amma ...
-
ABŞ tərəddüd edir, Britaniya hazırdır
Vaşinqton və London Putinin təhdidlərini rədd edirlər
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov dünən (sentyabrın 1-də) Qərbin və Ukraynanın hərəkətlərinə cavab olaraq Moskvanın nüvə doktrinasına dəyişiklik edəcəyini açıqlayıb. SİTA-nın məlumatına görə, Ryabkov “Qərbli əleyhidarlarımızın Ukraynadakı hərbi əməliyyatılarındakı gərginliklə əlaqədar nüvə doktrinamızda düzəlişlər etmək üçün dəqiq niyyətimiz var”, – deyib.
Rusiya nüvə doktrinası ilə 2020-ci ildə prezident Vladimir Putinin verdiyi sərəncama əsasən, Rusiyaya qarşı kütləvi qırğın silahlarından istifadə etməklə və ya dövlətin varlığını təhdid edən hücum halında nüvə silahından tamamilə müdafiə məqsədilə istifadə edilə bilər. Bununla birlikdə, qatı radikal millətçilər Putini Rusiyanın qərbdəki düşmənlərini özlərinə gətirmək məqsədilə nüvə silahının istifadəsi üçün şəraiti dəyişdirməyə çağırıblar.
Kremlin sözçüsü Dmitri Peskov Vaşinqtonu Ukraynadakı münaqişəyə birbaşa müdaxilədə ittiham edib və ABŞ-ın Rusiyaya qarşı düşmənçilik və on illər boyu maraqlarına qarşı siyasət yürütməkdə günahlandırıb.
Digər xəbərdə Ukraynanın ölkənin qərbində həyata keçirdiyi böyük PUA hücumunun qarşısının alındığı, hava hücumundan müdafiə sistemlərinin ikisi Moskvanın üzərində olmaqla Rusiyanın 15 bölgəsində 158 pilotsuz uçuş aparatını məhv etdiyi açıqlanıb.