vaxtlı-vaxtında oxuyun! Şənbə, 21 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
AMERİKA  
09:16 | 4 sentyabr 2024 | Çərşənbə Məqaləyə 171 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Etirazları dağıtmaq üçün sürpriz qərar

Nikolas Maduro Milad bayramının tarixini dəyişir

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Venesuelada qalib gəldiyi seçkilərdə qanun pozuntularına yol verildiyi iddialarına görə etirazların hədəfinə çevrilən prezident Nikolas Madurodan sürpriz addım gəlib. Venesuela prezidenti Milad bayramını oktyabr ayına keçirmək qərarına gəlib.

İyulun 29-da açıqlanan seçkilərin nəticələrinə görə, Nikolas Maduronun 51,20 faiz səslə üçüncü dəfə prezident seçildiyi bildirilib.

Lakin müxalifət koalisiyasının namizədi Edmundo Qonzales və müxalifət lideri Maria Korina Maçado seçkinin nəticələrini tanımadıqlarını açıqlayıblar. ABŞ administrasiyası da seçkilərin şəffaf keçirilmədiyini və nəticələrin xalqın iradəsini əks etdirmədiyini iddia edib.

Bu müzakirələr davam edərkən, Maduro Milad şənliklərinin oktyabrda başlayacağını açıqlayıb. Maduro “Sentyabrdayıq və Milad bayramını artıq hiss edirik. Ona görə də Milad bayramını bu il oktyabrın 1-nə keçirmək qərarına gəldim, – deyib.

Venesuela liderinin bu addımı ölkədə müxalifətin etirazlarını dağıtmaq üçün atılan addım kimi qiymətləndirilib.