vaxtlı-vaxtında oxuyun! Şənbə, 21 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
AVROPA  
20:16 | 4 sentyabr 2024 | Çərşənbə Məqaləyə 160 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Audi” zavodunda tətil

“Volkswagen Group”un Brüsseldəki müəssisəsinin işçiləri işə çıxmayıb

FATEH

MÖVZU İLƏ ƏLAQƏLİ

“Audi”nin Brüsseldəki fabrikinin işçiləri bu gün işə çıxmayıb. Belçika mətbuatında çıxan xəbərə görə, “Audi” rəhbərliyi dünən elan etdi ki, “Volkswagen” qrupu tərəfindən Brüsseldəki fabrikə istehsal üçün heç bir model ayrılmayıb. Qeyri-müəyyənlikdən narahat olan işçilər fabrikin gələcək taleyinə aydınlıq gətirilməsini tələb edərək işə çıxmayıblar.

“Audi” Brussel işçiləri yaşadıqları problemlərə diqqət çəkmək üçün sentyabrın 16-da Brüsseldə etiraz aksiyası təşkil edəcəklər.

Alman avtomobil istehsalçısı “Volkswagen Group”a məxsus “Audi” markası, iyul ayında, tələbin azalması səbəbindən lüks seqmentli elektrikli avtomobil modeli “Q8”in istehsal edildiyi və təxminən 3 min insanın işlədiyi Brüsseldəki fabrikini yenidən quracağını açıqlayıb. Şirkət sözügedən modellərin istehsalının Meksikada davam etdiriləcəyini bildirib.

Bu vəziyyət fabrik işçilərini və həmkarlar ittifaqını narahat edib.