vaxtlı-vaxtında oxuyun! Şənbə, 21 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
AMERİKA  
09:57 | 5 sentyabr 2024 | Cümə axşamı Məqaləyə 194 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Hökumətin 31 milyardı yoxdur?”

2023-cü ildə 18 milyon ABŞ ailəsi aclıqla üzləşib

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Kənd Təsərrüfatı Departamentinin dünən (sentyabrın 4-də) açıqladığı hesabatda deyilir ki, aclıq səviyyəsi keçən il təxminən onillikdə ən yüksək həddə çatıb və əhalinin 13,5 faizinə bərabər olan 18 milyon ev təsərrüfatları müəyyən məqamlarda adekvat ərzaq almaqda çətinlik çəkiblər.

Birləşmiş Ştatlarda illərlə azalan aclıq dərəcələri sonra 2021-ci ildən artmaqdadır. Keçən il ABŞ Siyahıyaalma Bürosunun məlumatları, COVİD-19 pandemiyası zamanı ərzaq yardımını genişləndirən proqramların sona çatmasından sonra ərzaq təhlükəsizliyinin artdığını göstərdi. Hesabatda artımla bağlı heç bir izahat verilməyib.

May ayında “Feding America” adlı aclıq əleyhinə qrup belə nəticəyə gəlib ki, ərzaq qiymətlərinin artması səbəbindən ac insanların qida ehtiyaclarını ödəmək üçün ABŞ-ın 33,1 milyard dollar vəsaiti yoxdur. Kənd Təsərrüfatı Naziri Tom Vilsack isə açıqlamasında “Amerikada kimsənin ac qalması qəbuledilməzdir”, – deyib.

Aclıq əleyhinə qruplar deyirlər ki, federal ərzaq yardımı və uşaq vergisi krediti proqramlarının genişləndirilməsi problemi həll etməyə kömək edəcək. Hesabatda deyilir ki, 2022-ci ildəki göstəricilərlə müqayisədə 2023-cü ildə daha bir milyon ailə ərzaq çatışmazlığı ilə üzləşib.