vaxtlı-vaxtında oxuyun! Şənbə, 21 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
BÖHRAN  
18:48 | 9 sentyabr 2024 | Bazar ertəsi Məqaləyə 101 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İsraildən Suriyaya hava zərbələri

Həmadakı hücumlarda 16 ölü, 36 yaralı var

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

İsrail döyüş təyyarələrinin Suriyanın Həma və Tartus əyalətlərində bir çox hərbi bölgəyə 15 hava hücumu təşkil etdiyi iddia edilib.

Suriya rejiminə yaxın sosial media hesabları İsrail döyüş təyyarələrinin Həma vilayətinin Misyaf bölgəsindəki Hərbi Elmi Araşdırma Mərkəzi və Tarsusda İranın dəstəklədiyi qruplara aid hərbi məntəqələrə 15 hava hücumu təşkil etdiyini bildirib.

Rejimin xəbər agentliyi SANA da hava hücumundan müdafiə sistemlərinin hücumlara cavab verdiyini açıqlayıb.

Xəbərdə Həmadakı hücumlar nəticəsində 16 nəfərin öldüyü, 36 nəfərin yaralandığı deyilib.

Digər tərəfdən hücum iddiası ilə bağlı İsrail tərəfindən heç bir açıqlama verilməyib.

İsrail 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri Suriyada İranın dəstəklədiyi qruplaşmalara və Suriya ordusuna məxsus hərbi məntəqələrə vaxtaşırı hücumlar təşkil edir.